
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
13:15 30.07.2024
Cəmiyyət
737
İqtisadçı ekspert Samir Əliyev sosial media hesabında ƏDV-nin geri alınması ilə bağlı yaradılmış saxta veb-səhifə barədə xəbərdarlıq edib.
Sherg.az bildirir ki, ekspert vətəndaşları “Son bir ildə toplanmış ƏDV-lərinizi 2 dəqiqədə kartınıza atın” kimi paylaşımlara inanmamağı tövsiyyə edib:
“Qeyd etdiyim başlıqlı reklam paylaşımı “facebook”-da qarşıma çıxdı və yoxlamağa qərara gəldim. Bilirdim ki, fırıldaqçılardır. Mövzu diqqət çəkən olduğundan fikirləşdim xeyli adam tora düşə bilər. Reklam mətnində EDVGERİAL.AZ portalına giriş olduğu qeyd edilir, ancaq linkə daxil olanda https://edv-kocur.com-a yönləndirilir. Sizdən FİN kodun yazıması istənilir. FİN kodu yazdıqdan sonra yeni səhifə açılır və kart məlumatlarının yazılması istənilir. Daha sonra da əməliyyatın davamı üçün kartın təhlükəsizlik kodu, CVC rəqəmi tələb olunur. Hətta utanmazcasına kartın balansının yazılması təklif edilir.
Əminəm ki, bu reklam çoxlarının qarşısına çıxıb. Sadəcə xəbərdarlıq edirəm ki, dostlarımız diqqətli olsunlar, kart məlumatlarını heç yerə yazmasınlar. Bu reklam qarşılarına çıxsa sadəcə REPORT etsinlər. Dövlət Vergi Xidməti isə yaxşı olardı sosial şəbəkələrdə paralel olaraq belə reklamların da monitorinqini aparsın və operativ olaraq əhalini məlumtlandırsın”.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya