Kişilərin etirazından sonra Musa Quliyev düzəliş etdi
Yusif Nəzərli
10:55 21.10.2021
Cəmiyyət
716
"Narahatlığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaq"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi təklifi” ilə bağlı sosial şəbəkələrdə qınaq obyektinə çevrilməsinə aydınlıq gətirib. Komitə sədri bildirib ki, bu təklifi etməkdə məqsədi qadın əməyinə daha yüksək dəyər verilməli olduğunu çatdırmaq olub. Deputat qeyd edib ki, müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi onu sevindirir:
“Əlbəttə, "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidir" deməklə nitqimdəki arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət isə qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər”.
M.Quliyev onu da vurğulayıb ki, kişilərin etirazına, narahatlığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaq:
“Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Mən təklif etmişdim ki, şəhid anası ordeni təsis edilsin, pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə (onların çoxu qadındır) dövlətin müxtəlif mükafatları verilsin, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin. İstənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət