Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun iclası... - FOTO
Yusif Nəzərli
16:24 28.02.2023
Cəmiyyət
420
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Ağdam şəhərində iclası keçirilib.
"Sherg.Az" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
İşçi Qrupun iclasında, dövlət və özəl strukturlar tərəfindən daxil olmuş müraciətlərə və hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə müzakirələr aparılıb.
İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumları tərəfindən 68 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini, 82 mindən artıq partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdirildiyini bildirib. Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə malik layihələrin minalardan təmizlənməsi və əlaqəli şəkildə icra edilən bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlumat verib.
İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev ölkə Prezidentinin azad edilmiş ərazilərin yenidənqurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq Qarabağda aparılan minatəmizləmə fəaliyyəti və sosial-iqtisadi layihələrdən danışıb.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev Əlaqələndirmə Qərargahının ötən dövr ərzindəki fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarından sonra həyata keçirilən bərpa, quruculuq işlərindən, habelə 2023-cü ildə qarşıda duran vəzifə və öhdəliklərdən söz açıb.
Sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müxtəlif özəl və dövlət qurumunun əməkdaşları üçün keçirilən təlimlərin əhəmiyyəti, minatəmizləmə sahəsində mövcud resursların birgə faydalı istismarına dair müzakirələr aparılıb.
Ağdam rayonunda keçirilən tədbir çərçivəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumların 2023-cü il üzrə hökumət tərəfindən müəyyən edilmiş ərazilərdə icra etdiyi təmizləmə sahələrinə səfərlər edilib, layihələrin icrasına baxış keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə