Nəqliyyat Agentliyinin işi sıfırdır
Yusif Nəzərli
22:00 11.10.2021
Cəmiyyət
445
Bu şəhərin tıxacından ən çox əziyyət çəkənlər isə vətəndaşlardır
"Yol infrastrukturu düzgün qurulmayıb, texnologiya əsrində simulyasiya yoxdur. Bizdə kimsə işə gəlir, çay içib deyir ki, Yusif Səfərova 2 işıqfor qoyaq! Nəticədə də vəziyyət lap pis olub"
Aidiyyəti qurumlar tıxac probleminin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin dünən keçirilən iclasında deyib. O bildirib ki, Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır.
Bu, insanların həyatında böyük vaxt itkisinə səbəb olur. Məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Aidiyyəti qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir. Bakı nəqliyyatla kifayət qədər yüklənmiş şəhərdir, lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər”.
Nəqliyyat eksperti Fərid Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda ümumiyyətlə, yol infrastrukturu düzgün qurulmayıb. Ekspert qeyd edib ki, bir çox ölkələrdə tıxac problemi yaşansa da, vəziyyət Azərbaycandakı kimi acınacaqlı deyil:
"Ümumiyyətlə, bizdə yol infrastrukturu düzgün qurulmur. Tıxac bir çox ölkədə, bir çox şəhərdə olur. Ancaq avtomobil sayı artdıqca, köhnə şəhərlər bundan daha çox əziyyət çəkir. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə yol-nəqliyyat qaydalarına hansısa dəyişiklik edilməzdən qabaq hesablama aparılır, dəyişiklik simulyasiya edilir ki, nəticələri öncədən bilsinlər. Qurumlar düşünüb hansısa qərarı verir və tətbiq edirlər. Bizdə belə yanaşma yoxdur. Məsələn, 2016-cı ildə Yusif Səfərov küçəsində tıxac ancaq pik saatlarda olurdu. Tıxacın orada yaranma səbəbi o idi ki, enli yol yuxarıda daraldı, yəni sanki yolun sonunda "butulka" effekti yarandı. Sonra o yolda sürət həddini 80 km/saata qaldırdılar, daha sonra isə 60-a saldılar. İndi isə araya iki işıqfor qoyublar və bunun nəticəsində yol indi lap bərbad vəziyyətdədir, həmişə tıxac olur.
Yəni bütün bunların hamısı hesablanmamış, kompüter simulyasiyası aparılmamış qərarlardır. Bakı Nəqliyyat Agentliyi bir şey edir, Dövlət Yol Polisi başqasını.
Bizim qurumlar insfrastrukturu çox bərbad qururlar. Ən pisi də odur ki, texnologiya əsrində simulyasiya yoxdur. Londonda ən xırda dəyişikliyin belə xeyli müddət simulyasiyası aparılır, kompüter hər mümkün variantı göstərir, nəticələrə uyğun dəyişiklik edilir.
Bizdə kimsə işə gəlir, çay içib deyir ki, Yusif Səfərova 2 işıqfor qoyaq! Nəticədə də vəziyyət lap pis olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət