Öldürməyən qorxunun gücü...
Yusif Nəzərli
09:14 18.10.2021
Cəmiyyət
433
Hər insanın qorxusu var. Hər birimiz nəyisə etməkdən çəkinir, riskdən ehtiyatlanırıq. Kimi paraşütdən tullanmaqdan, kimi qaranlıqdan, kimi təklikdən, kimi də maşında yüksək sürətlə yol getməkdən qorxur. Belə qorxularımız onlarladır. Hər birimiz onları dəfələrlə reallaşdırmağa cəhd etsək də, son anda ayaq saxlamışıq. Hansısa hiss qarşımızı kəsib. Bu, ola bilsin, təhlükəsizlikdən doğan rahatlıqla bağlıdır. Kim lüksdən imtina etmək istər ki? Əlbəttə, kimsə.
Fobiyalarımızın fərqli olmasına rəğmən, xatirələri unutmaq bir çox hallarda hər birimizin ortaq qorxusuna çevrilir. Həmin yaşantılar bizi nə qədər incitsə də, ağrıtsa da, əl çəkmək istəmirik. Pişik yumağın ətrafında fırlandığı kimi biz də xatirələrin yan yörəsindən uzaqlaşmağa cürət tapmırıq. Odur ki, bir vaxtlar ruh əkizi olduğumuzu düşündüyümüz, sonradan isə münasibətimizin qəfil bitdiyi və nəyin necə olduğunu indiyədək anlamadığımız insanı xatırladan nə varsa onu zibil qutusuna atmağa çəkinirik. Beləliklə, artıq material telefonumuzun yaddaşı, lazımsız informasiya isə beynimizi xarab edir.
Hər dəfə eyni fotolara baxır, eyni səs yazılarına qulaq asırıq. Silmək, bir dəfəlik xilas olmaq istəyirik, əlimiz gəlmir. Əvəzində daha baxmağımız, dinləməyəcəyimiz barədə özümüzə söz veririk. Hərçənd heç bunu da bacarmırıq.
Həmin faylları, eləcə də nömrəsini silə bilməməyimizin səbəbi yenə də rahatlıq axtarışında olmağımızla bağlıdır. Özümüzü komfortda hiss etmək istəyirik. Öz- özümüzə düşünürük ki, nə vaxtsa dözülməz həddə çatanda təbəssümü, səsi ilə sakitləşəcəm. Həmin vaxt başqa bir çıxış yolu olmayacağından qorxuruq. Ən böyük səhvi də elə burada edirik. Çünki insan rahatlığına prioritetə çevirdikcə, əziyyət çəkmək istəmədikcə uduzur, itirir.
Yadımdadır, bir dəfə xeyli qorxulu görünən atraksionlardan birinə minməyimi təklif etmişdilər. Razılaşmamışdım. Çəkinmişim. Əlavə həyəcan yaşamaq istəməmişdim. Ancaq ard- arda gələn təkidlərdən sonra könülsüz olsa da, təklifi qəbul etmişdim. Necə möhkəm qışqırdığım hələ də yadımdadır. Rəngim qaçmışdı. Lakin ikinci dəfə yenə- bu dəfə öz təşəbbüsümlə həmin atraksiyona minmişdim. Çünki qorxunu yenmişdim. Demə, qorxudan qaçmaq yox, onun üstünə getmək lazım imiş. Qorxudan qaçdıqca o böyüyür, bizsə adını eşidəndə cılızlaşacaq qədər kiçilirik. Qorxuya sarı getdikcə isə onu ayağımızın altında hiss edirik.
Deməyim odur ki, xatirələri unutmaqdan, lazımsız hesab etdiyiniz fotoları, nömrələri silməkdən qorxmayın. Unutmayın, telefonunuzun yaddaşını təmizləmədikcə problem yaranır. Beyin də belədir, artıq informasiyanı qəbul etmir.
Bilirəm, dəfələrlə buna cəhd etsək də, alınmayıb. Bəzən vicdan yol verməyib, bəzən ağıl, bəzən ürək. Ancaq hər biri bəhanədir. Hər biri özümüzü aldatmağımızdır. Bu dəfə daha ürəkli olaq. Silək ki, bitsin. Silək ki, öldürməyən qorxunun gücünü anlayaq...
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət