Ölkənin ən böyük qida saytı istifadəyə verildi


Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov tərəfindən yaradılmış qidaelmi.az saytı gənc kulinarlar, qida mühəndisləri və ümumilikdə qida məsələləri ilə əlaqəsi olan hər kəs üçün yaradılmışdır.
"Sherg.az" xəbər verir ki, saytda gündəlik qida xəbərçisi bölümündə qida xəbərləri ilə yanaşı, qida fiziologiyası, kimyası, texnologiyası, tarixi hissələri yaradılıb. Qidanın müxtəlif elmləri ilə yaxından tanış olmaq olar. Qidaelmi.az saytı evdar xanımları da unutmur. Belə ki, saytın mətbəx bölümündə ət və dəniz məhsulları, salatlar, pəhriz, həmçinin müəllif yeməkləri barədə geniş məlumatlar əks olunacaq.
Sağlam qidalanan insanlar üçün də ayrıca bölüm fəaliyyət göstərəcək. Eyni zamanda dini elmlərlə məşğul olan şəxslər də bu sahədə bilgilərini artıra biləcəklər.