"Bu adamın fəaliyyətini tənqid etmək mümkün deyildi. Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı".
Sherg.az xəbər verir ki, bu sözlərin müəllifi keçmiş deputat, təhsil eksperti Etibar Əliyevdir. Onun sözlərinə görə, 2023- cü ildə Parlamentin plenar iclaslarının birində Saleh Məmmədovun əməllərini kəskin tənqid edib:
"Amansız təhqirlər və təhdidlərlə üzləşdim. Saleh Məmmədovun sərvəti hesabına 1000- dən çox məktəb və uşaq baxçası tikmək olar. Orada çalışanlardan biri deyir ki, bu cənabın saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır".