Parlamentdə taxıl istehsalı ilə bağlı dinləmə keçirilməsi təklif olunub
Yusif Nəzərli
08:08 15.10.2021
Cəmiyyət
265
“Azərbaycan torpaqları işğaldan azad olunanda sonra Dövlət Ehtiyatları Agentliyinin yaradılması, taxıl ehtiyatları ilə bağlı qanuna dəyişiklik strateji əhəmiyyət daşıyır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Əli Məsimli deyib.
Deputat bildirib ki, işğala qədər Qarabağ kənd təsərrüfatına böyük töhfələr verirdi: “Azərbaycanda Taxıl Fondunun yaradılmasının strateji əhəmiyyəti getdikcə artır. Azərbaycan öz taxıl istehsalını 4 milyon tona qaldıra bilər. Buna nail ola bilsək, idxaldan asılılığı azalda bilərik. Biz işğaldan azad olunmuş torpaqlarda da taxıl istehsalına yanaşmanın necə olacağına qərar verməliyik. 2020-ci ilə qədər bizdə taxıl istehsalı 62 % artıb, idxalımız isə 12 % artıb. Təklif edirəm ki, parlamentdə taxıl istehsalı ilə bağlı dinləmə keçirək. O zaman bu statistikanın necə olduğuna aydınlıq gətirməliyik. Çünki statistikadakı rəqəmlər uyuşmur. Azərbaycanda 50-dən artıq taxıl sortu yetişdirilir. Milyonlarla manat vəsait ayrılır. Bu, süni surətdə yaradılmış maneədir ki, biz xaricdən taxıl gətirək?! Bu, Azərbaycandakı taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır, ya yox? Buna aydınlıq gətirilməlidir. Əgər bizdə taxılın keyfiyyəti aşağıdırsa, işğaldan azad olunmuş yerlərdə bunu etməməliyik. İdxala sərf olunan vəsaitin az bir hissəsini Azərbaycanda fermerlərin dəstəklənməsi, Azərbaycanda toxumçuluğun inkişafına sərf etsək, nəticə əldə edə bilərdik. Amma idxala meylli olanlar olduğu görünür. İdxala ayrılan maliyyədən Taxıl Fonduna daha çox öz taxılımızın cəlb edilməsi istiqamətində hökumət təsirli tədbirlər görməlidir”.
Sahibə Qafarova isə qeyd edib ki, dinləməni bir sual üzərində qurmuruq: “Ancaq mövzu olsa, dinləməni keçirə bilərik”.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə qeyd edib ki, müvafiq komitələrlə birlikdə ilin yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə dinləmə keçirməyi nəzərdə tutmuşuq: “Əli Məsimlinin dediklərində həqiqət var. Son 2 ildə Azərbaycanda taxıl istehsalı azalıb. İşğaldan azad olunmuş ərazilərin bərpasından sonra ölkədə taxılçılığın inkişafına çox böyük diqqət yetiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət