Proses asanlaşsın!- “Əngəlli vətəndaşların elektron kabineti yaradılmalıdır”
Fidan Həmişəyeva
09:52 24.06.2021
Cəmiyyət
590
“Çünki qərarları müxtəlif səbəblərə görə insanlar verir”
“Bu zaman da qeyri-qanuni münasibətlər, rüşvət və korrupsiya halları yaranır”
İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. İclasın gündəliyində 14 məsələ olub. Deputatlar gündəliklə yanaşı, cari məsələlərlə bağlı da çıxışlar ediblər və bir sıra problemlər diqqətə çatdırılıb. Əsasən, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı müzakirələr aparılıb, tənqidlər səsləndirilib.
Deputat Sabir Rüstəmxanlı əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib:
“Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir. Rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır. Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.
Ölkəmizdə illədir ki, əlillik dərəcəsinə dair müzakirələr davam edir. Lakin məsələ tam şəkildə həllini tapmaq bilmir. Təəssüf ki, bu sahədə rüşvət, süründürməçilik hallarına çox rast gəlirik. Xüsusilə, əlil olan şəxslərin əlillik dərəcəsinin düzgün təyin edilməməsi ən çox qarşılaşdığımız haldır.
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında əlillik meyarlarının düzgün təyin edilməsinə dair fikirlərini bildirib:
“Bu məsələ ilə bağlı kifayət qədər problemin olduğu illərdir ki, deyilir. Zaman-zaman vətəndaşların da ciddi narazılıqları olub. Yeni təklif olunan qaydalar tam aydın və şəffaf deyil. Məlum deyil ki, bu məsələni necə həll edəcəklər və faiz dərəcələrinin müəyyənləşdirilməsinə kim qərar verəcək. Faktiki olaraq yeni dəyişikliklərdə insan faktoru önə çıxır.
Azərbaycanda əngəlli insanlar və əlillik dərəcələri ilə bağlı elə bir sistem qurulmalıdır ki, insan faktoru olmadan uşaqlıqdan əlillik dərəcəsi alana qədər şəffaf şəkildə bütün xəstəlik prosedurlarının elektron qaydada qeydiyyatdan keçirilməsi olsun”.
İqtisadçı qeyd edib ki, əngəlli olan hər bir vətəndaşın elektron kabineti yaradılmalıdır:
“Onlar hansı ölkədə olursa olsunlar, həkimlərə müraciət etdikdə orada qeydiyyatlar aparılmalı və ona uyğun olaraq dərəcələr müəyyənləşdirilməlidir. Bir sözlə, insanların iştirakı olmadan ancaq elektron qaydada hazırlanmış sənədlər hesabına əlillik dərəcəsinin verilməsi ilə bağlı qərar verilməlidir.
Təəssüf ki, ölkəmizdə əsas problem insan faktorunun önə çıxmasıdır. Yəni qərarları müxtəlif səbəblərə görə insanlar verir və bu zaman da qeyri-qanuni münasibətlər, rüşvət və korrupsiya halları yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət