Qış turizm mərkəzlərində istirahət hər kəs üçün əlçatandır?
12:17 03.01.2022
Cəmiyyət
637
Azərbaycanda qış turizm mərkəzlərində qiymətlər müəyyən qədər əlçatandır. Lakin tələbatın yüksək olduğu dövrlərdə, o cümlədən bayram günləri və həftə sonları müəyyən qədər bahalaşma ola bilər.
Bunu Trend-ə açıqlamasında turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, qış turizmi təkcə sürüşmək, kanatla gəzmək deyil. Eyni zamanda təbiəti hiss etmək, dağ rayonlarında qar görmək və s. də bu turizm növünün elementləridir.
"Düzdür, beş ulduz səviyyəsində, müəyyyən müasir standartlara cavab verən qış təsisatlarımızda istirahətin hər kəs üçün əlçatan olduğunu deyə bilmərik. Amma yenə də qiymətlərin çox da baha və şişirdilmiş olmadığını görürük. Qar görmək, qışda təbiəti seyr etmək üçün regionlara sadə səfərlər də etmək olar. Xüsusən, regionlarda yerləşən hotellərdə müqayisəli qiymətlər tapmaq mümkündür. Çünki qışda yay mövsümü ilə müqayisədə səfərlərin sayı o qədər də çox olmur. Bəzi regionlarda qalmaq üçün individual şərait var, vətəndaşlar şəxsi evlərini icarəyə verirlər. Dediyim kimi xarici ölkələrlə müqayisə etdikdə qiymətlərin o qədər də yüksək olmadığını görürük. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, əgər 2019-cu ildə adambaşına düşən turizm xərcləri 1000-1300 dollar idisə, 2021-ci ildə bu rəqəm 1500 dollar ətrafındadır. Bu da uçuş və xidmət sahələrində qiymətlərin artması, koronavirus testləri kimi əlavə xərclərin ortaya çıxması ilə əlaqədardır" - deyə, ekspert bildirib.
Qeyd edək ki, hazırda ölkədə 3 qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Şahdağ, Tufandağ və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq qış istirahət mərkəzləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi