Reklamlı həkimlər: Qurunun oduna yaş da yanır!
Yusif Nəzərli
11:25 20.02.2024
Cəmiyyət
869
Müxtəlif televiziya proqramlarında məşhur aparıcıların reklam etdiyi həkimlərdən zaman-zaman şikayətlər gəlir.
Növbəti şikayət ARB kanalında aparıcı Elgiz Əkbərin “Elgizlə izlə” verilişində 100 % tutulmuş gözləri açan həkim kimi təqdim olunan Benjamindəndir.
Əsl adı Azər Kərimov olan həkimə müraciət edən Salyan rayon sakini Gülşən Adışirinova əməliyyatdan sonra gözünün kor olduğunu iddia edir.
Hər iki gözündən əlil Gülşən Adışirinova Elgiz Əkbərin həkimi tərifləməsindən sonra gözünü ona etibar etmək qərarına gəlib. Verilişə dəvət olunan qadına gözünün sağalacağını deyib, onu müayinə və əməliyyata alıblar. Hətta qadına və ailə üzvlərinə kanal tərəfindən bir müqavilə imzaladılıb, şərtlərə görə əməliyyatdan sonra çıxıb həkim barədə xoş sözlər deməlidir. Əgər bundan boyun qaçırsa, cərimə ediləcəyi bildirilib.
Nəhayət, gözünün xilas olacağı ümidi ilə Kəpəz Hospitala gələn xəstə bundan sonra başına gələnləri Bakupost.az -a müsahibəsində danışıb. Gülşən Adışirinova özünün və oğlunun başına gətirilənləri açıqlayıb.
Müsahibədə ünvanına kəskin ittihamlar səsləndirilən, Kəpəz Hospitalda çalışan Azər Kərimovla əlaqə saxlayaraq, onun məsələyə münasibətini öyrənmək istədik. Həkim açıqlama verməsə də, özünü onun meneceri kimi təqdim edən Elturan adlı şəxs həkimə şər-böhtan atıldığını bildirdi:
“Həmin xanıma sadəcə, linza əməliyyatı edilib. Xəstədə yüksək şəkər olduğu üçün sonradan torlu qişada qopmalar olub. Bunun əməliyyata heç bir dəxli yoxdur. Ekspertizanın rəsmi rəyi var. Prokurorluq məsələni araşdırıb, iş bağlanıb. İndi məhkəmə işi gedir. Danışdıqlarının böyük hissəsi yalandır. Məqsəd həkimi şantaj etməkdir. Nə həkim, nə Kəpəz Hospital ona transplantasiya və pul vədi verib. Bütün bunlar onun istəyidir. Biz onun gözünü zədələməmişik. Hazırda məhkəmə prosesi gedir, qərarı gözləyirik”.
Problemin əsasında bazar iqtisadiyyatının olduğunu deyən sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, televiziyalar biznes elementinə çevrildikdən sonra dəyərini itirib:
" Televiziyalar pul qazanmaq uğrunda mübarizə aparan rəzil bir sistemə çevrilib. Kommersiya tipli televiziyaların yeganə məqsədi gəlir əldə etməkdir və bunun üçün də hər yola əl atırlar. Məsələn, insanları aldatmaq, xalqın əxlaqını pozma cəhdləri, zərərli vərdişlərin təbliği, saxta mütəxəsislərin reklamı və s. Artıq belə hadisələr adiləşib. Digər önəmli nüanslardan biri nəzarət mexanizmidir. Aydındır ki, qanun və cəzalar olmasa, hər kəs istədiyini edə bilər. Belə ki, dünya ölkələrində cəmiyyətə zərər vuran, yalan informasiya verən medialar ciddi cəzalandırılır və televiziyalar bir müddət bağlanır. Azərbaycanda isə belə bir sistem yoxdur. Xüsusən özəl televiziyalara məhdudiyyətsiz icazələr verilib. Onlar da bu yaranmış vəziyyətdən xeyli istifadə edir. Nəticədə vətəndaşlara ziyan vurulur".
E.Bayramlının fikrincə, saxta həkimlər şou verlişlərə çıxaraq pafoslu cümlələrlə minlərlə insanı tələyə salır:
"Onlar adamların külli miqdarda pullarını alır, sonra da məsuliyyətdən yayınırlar. Ona görə insanlar özlərini qorumalı və hər kəs ağıllı, savadlı olmalıdır. Yalnız bu halda insanlar terrordan müdafiə oluna biləcəklər. Bunun qarşısını almaqda heç kəs maraqlı deyil. Televiziyaları boykot etməli və xüsusi ilə özəl televiziyalar rədd edilməlidir. Çünki hər bir dövrdə Azərbaycan xalqının ən böyük düşməni özəl televiziyalar olub və onlar mənəvi-əxlaqi dəyərləri məhv etmək üçün gecə-gündüz çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya