Rus dili bu gün heç bir perspektiv vəd etmir

Aqşin Yenisey: "Bilgiyə, informasiyaya qalsa, bu gün türk dilində dünya rus dilindən daha zəngin ifadə olunur"

“Rus dili bu gün hansı perspektiv vəd edir axı? Rus sektorunu bitirib bir peşə sahibi olsun deyə indi də alman, ingilis dilini öyrənən dostlarım var”. Bu barədə tanınmış yazar Aqşin Yenisey sosial şəbəkə profilində yazıb. Yazar bildirib ki, Azərbaycan xalqında belə bir müstəmləkə düşüncəsi formalaşdırılıb: “Elə zənn edirlər ki, rus sektorunun uşaqları Azərbaycan sektorunun uşaqlarından daha mədəni olurlar. Valideynlərimizin çoxu da uşaqları özlərinə, dayılarına, xalalarına, əmilərinə zada oxşamasınlar deyə rus sektoruna qoyurlar. Bilgiyə, informasiyaya qalsa, bu gün türk dilində dünya rus dilindən daha zəngin ifadə olunur”. 

İsmayıl