Rusiyalılara öz ölkələrinə Azərbaycan üzərindən qayıtmaq təklif olunur
Yusif Nəzərli
13:10 05.03.2022
Cəmiyyət
455
Rusiya hökuməti Qərb ölkələrində olan vətəndaşlarına vətənlərinə Azərbaycan üzərindən qayıtmağı təklif edir.
Bu barədə “Rosaviasiya”nın (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) yaydığı məlumatdan aydın olur.
Belə ki, qurum xaricə uçuşların məhdudlaşdırılması fonunda rusiyalılara ölkəyə qayıtmağın alternativ yollarını (əvvəlcə hava hərəkətini məhdudlaşdırmayan ölkələrə, daha sonra Rusiya Federasiyasına) nəzərdən keçirməyi tövsiyə edib, üçüncü ölkə kimi isə Azərbaycan, həmçinin Qazaxıstan, Qətər, BƏƏ, Türkiyə, Serbiya və s. ölkələri məsləhət görüb.
Qurum həmçinin qarışıq (multimodal) nəqliyyat marşrutlarından da istifadənin mümkünlüyü barədə xəbər verib.
“Xarici aviaşirkətlərin reyslərindən və ya başqa nəqliyyat növündən istifadə etməklə Latviya, Litva, Polşa və Finlandiyadakı məntəqələrə, oradan da quru nəqliyyatı vasitəsilə Rusiyaya gəlmək olar”, - deyə qurumdan əlavə edilib.
Mənbə: RİA Novosti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi