Rusiyanın razılığı və yardımı lazımdır
Yusif Nəzərli
07:41 12.10.2021
Cəmiyyət
380
Gürcüstanın “Altılıq platforma”sında iştirakı üçün xeyli əngəlləri aşması gərəkir
“Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi “Altılıq platforma” (“3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakın çətin olacağını qeyd edib”.
Bunu siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib. Analitik qeyd edib ki, Zalkalianinin bu sözləri mahiyyət etibarilə Gürcüstanın Rusiya faktoruna görə “Altılıq platforma”ya qatılmayacağı təəssüratı yaratsa da belə deyil:
“Rəsmi Tiflis bununla Rusiyaya görə yox, Rusiyanın Gürcüstanda yaratdığı konfliktlərə görə platformaya qatılmaq istəmədiyini qeyd edir. Təsadüfi deyil ki, Zalkaliani “Abxaziya və Cənubi Osetiyadan Rusiya qoşunlarının çıxarılması məsələsində inkişaf olmadıqca belə formatda oturmaq və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir” deyib. Yəni Gürcüstan bununla Abxaziya və Osetiya münaqişələrini qabardaraq topu Rusiyanın üzərinə atır. Tiflisin Kremldən gözləntisi haqsız deyil. O da Azərbaycan kimi Abxaziya və Cənubi Osetiya münaqişlərinin bu və ya başqa formada həll edilməsini istəyir. Rusiya əgər Qarabağda olduğu kimi Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin də nizamlanmasına dəstək versə və ya razı olsa, rəsmi Tiflis həm "Altılıq platforma"ya qatıla bilər, həm də mövcud Rusiya-Gürcüstan münasibətləri normallaşa bilər”.
T.Rzayev əlavə edib ki, rəsmi Tiflisin istəyi heç də asan bir şey deyil:
"Əvvəla ona görə ki, Abxaziya və Osetiya münaqişələri Qarabağla eynilik təşkil etmir. Mahiyyət etibarilə Qarabağ üçüncü bir dövlətin işğalı əsasında yaranan süni bir münaqişədir. Abxaziya və Osetiya isə 3-cü bir dövlətin işğalı olmadan tamamilə etnik zəmində yaradılan bir münaqişədir. Yəni bu münaqişələrin həll yolu Qarabağla eyni ola bilməz. Rəsmi Tiflis əgər Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini istəyirsə, Kremlə yardım etməli, daha dəqiq desəm, kompromisə getməlidir. Yəni Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyirsə Cənubi Osetiya və Abxaziya ilə konfederasiya halında bir araya gəlməlidir. Bu prosesdə Tiflisə Rusiya, Türkiyə və Azərbaycan da yardım edə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya Abxaziya və Cənubi Osetiya separatçıları ilə ən sıx əlaqəyə malik ölkədir. Yəni belə bir təklifi separatçılar da Rusiya xətti ilə dəstəkləyə bilərlər. Türkiyə isə Qarabağ, Suriya, Liviya münaqişələrində kifayət qədər vasitəçilik təcrübəsinə malik ölkədir. Digər tərəfdən, bu gün Türkiyədə 19-cu əsrdən köçən, bu gün də bu ölkədə yaşayan kifayət qədər abxaz var. Azərbaycana gəldikdə isə rəsmi Bakı yenicə 27 illik bir münaqişəni bitirən, eyni zamanda Gürcüstanın etibarlı tərəfdaşı olan bir ölkədir.
Nəticə etibarilə Gürcütsanın konfederasiya halında Abxaziya və Cənubi Osetiya ilə birləşməkdən başqa bir yolu yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət