Şəhid xanımının evlənməsi normal haldır: Kütləvi müzakirəyə çıxarılmamalıdır
Fidan Həmişəyeva
13:52 08.01.2020
Cəmiyyət
8874
Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.
Bu barədə mediaya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:
“Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.
İndi Pərişan evlənib, özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın”.
Baş verənlər sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib. Bəziləri mövzunun mediada işıqlandırılmasının yanlış olduğunu, şəhidin ruhuna hörmətsizlik edildiyini bildirib. Bir çoxları isə qeyd edib ki, şəhid anasının çağırışlarının mediada yer alması normaldır.
Tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında belə mövzunun xoş bir müzakirə olmadığını bildirib.
Onun sözlərinə görə, baş verənlərə təmkinli yanaşmaq lazımdır:
“Bu bir ailə içi məsələdir. Əlbəttə, bizim qarışmağa ixtiyarımız yoxdur. Lakin hər bir azərbaycanlı üçün müqəddəs sayılan şəhiddən və onun ailəsindən söhbət gedir. Artıq bu mövzuda cəmiyyətin reaksiyasını başa düşmək olar. Düşünürəm ki, insanlarımız bu məsələnin üzərinə çox da getməməlidirlər. Birincisi, hər bir insanın özəl həyatı və şəxsi problemləri var. Hətta şəhid xanımıdırsa belə, bəlli bir müddət sonra onun ailə qurması normal qarşılanmalıdır. Sadəcə ortada uşaqların taleyi var. Onların nənəyə göstərilməməsi düzgün deyil. Ümumilikdə məsələnin icitmailəşməsi və kütləvi müzakirəyə çıxarılması düzgün deyil.
Bir müddət öncə bizim dünyasını dəyişmiş jurnalistlərdən birinin ailəsində də belə hadisə yaşanmışdı. Bu məsələ heç mətbuata çıxarılmadı. Jurnalistin uşağı ilə birlikdə dul qalmış xanımı Azərbaycandan kənara köçdü. Bizə çatan məlumata görə xarici bir vətəndaşla ailə qurub və həyatını yaşayır. Bütün bunların müzakirəsi aparılmadı. Düşünürəm ki, ən doğru yanaşma da əslində belə olmalıdır”.
İndiki şəraitdə cəmiyyətin həssas olduğunu vurğulayan A.Həsrət bu həssaslığın daha çox şəhidimizlə bağlılığını bildirdi:
“Şəhidin adı olduğuna görə insanlarımız həssas reaksiyalar verir. İstənilən halda məsələnin ictimai müzakirəsi yaxşı olmadı. Təəssüf ki, baş verənlər ictimailəşib və artıq geri dönüşü yoxdur. Şəhid adı olan yerdə belə müzakirələr işin ziyanınadır. Şəhidlik müqəddəsdir, onlar dövlətimiz və millətimiz üçün can qoymuş insanlardır. Həmin insanların arxada buraxdıqları açıqlama verərkən, addım atarkən davranışlarında mütləq şəhidimiz nəzərə almalıdırlar. Yəni, onların açıqlamaları və davranışı müqəddəs şəhidimizin ruhuna, adına xələl gətirərmi?-deyə düşünməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region