“Selfie”dən sonra “Tik-tok” – Sosial şəbəkələrdəki yeni tendensiya təhlükəlidir - AKTUAL
Banuçiçək Kalbalıyeva
11:13 05.02.2020
Cəmiyyət
930
Sosial şəbəkələrdə, xüsusilə “İnstagramda” yayılan “Tiktok” tətbiqi istifadəçilər arasında kütləvilik qazanıb. Belə ki, az qala, 7-dən 70-ə hər kəs müxtəlif musiqilər fonunda oynayır, fərqli jest və mimikalardan istifadə edir, həmçinin hansısa sublimal mesajlardan istifadə edərək 10-15 saniyəlik videolar çəkirlər.
Sonra isə həmin videonu öz virtual dostları arasında yayırlar. Psixoloqlar bunun xüsusilə yeniyetmə və gənclərin şüuruna mənfi təsir etdiyini deyərək, onları diqqətlə olmağa çağırırlar.
Sosioloq, jurnalist Lalə Mehralı da bu fikirdədir. O, Sherg.az-a açıqlamasında psixoloqların fikirlərinə şərik olduğunu deyir:
“Yadınızdadırsa, bir neçə il əvvəl “Selfie” əsas tendensiyalardan biri idi. Psixoloqlar o vaxt da bunun mənfi nəticələri haqda xəbərdarlıq etmişdilər. Zaman keçdikcə onların dedikləri özünü doğrultdu. Onlarca insan təhlükəli yerlərdə, ekstremal vəziyyətlərdə “Selfie” çəkməyə görə, ehtiyatsızlığı əldən verərək həlak oldu. İntihar hadisələri isə daha çox yaşandı. Smartfonların ön kamerası ilə özlərini çəkənlər tam qüsursuz olduqlarını zənn etdilər. Real vəziyyətlə üzləşəndən sonra, necə deyərlər, xəyal qırıqlığına uğrayaraq intihar etdilər. Etiraf etmək lazımdır ki, bu hallar daha çox zərif cins nümayəndələri arasında olurdu. “Tik-tok” da “Selfie” kimi təhlükəlidir. Odur ki, psixololoqlara qulaq asmaqda fayda var.”
Virtual aləmdəki yeni tendensiyalardan daha çox yeniyetmə və gənclərin istifadə etdiyini təsdiqləyən sosioloqun fikrincə, bu, onların hər yeniliyə maraq göstərmələri ilə bağlıdır. Lakin marağın heç də həmişə fayda vermədiyini nəzərə almaq lazımdır. Sosioloq bildirir ki, əsas çıxış yollarından biri uşaq və yeniyetmələrin elektron əşyalardan istifadəsini məhdudlaşdırmaqdır. “Mən uşaqların smartfonlardan istifadəsinin əleyhinəyəm. 16 yaşına çatmayan uşaqlara “Ağıllı telefon” verilməməlidir. Daha böyük yeniyetmələrin telefonlardan istifadəsinə isə nəzarət edilməlidir. Valideynlər etiraz edə bilərlər ki, biz telefon vasitəsilə övladlarımızla əlaqə saxlamaq istəyirik. Bunun üçün onlara digər funksiyaları, o cümlədən internetə çıxışı olmayan telefonlar verilməlidir. Ümumiyyətlə internətə çıxış imkanları məhdudlaşdırılmalıdır. Uşaq yaşına uyğun olmayan məlumatlarla tanış olmamalıdır.”
Ekspert internet vasitəsilə istənilən məlumatı asanlıqla əldə etməyə qarşı olduğunu vurğulayır. O, düşünür ki, bu imkanlar uşaq və yeniyetmələri vaxtından əvvəl böyüməyə məcbur edir:
“Uşağın əlində niyə smartfon olmalıdır ki?! Valideynlər bəzən övladlarının əlinə kitab əvəzinə, planşet verməyi üstün tuturlar. Sonra da onların tərbiyəsindən şikayət edirlər. Məşhur “Mavi balina” oyunu onlarca can alıb, yüzlərlə ailəni məhv edib. Bilirsiz niyə? Valideynlərin laqeydliyi ucbatından. Lakin, görünür, ana-atalar bundan dərs çıxarmırlar. Elinanın ölümünü yadınıza salın-tədqiqatlar zamanı məlum oldu ki, onun telefonunda axtardığı son məlumatlar intiharla bağlıdır. Bəlkə də, valideyn qızına smartfon verməsə, ya da onun fəaliyyəti ilə maraqlansaydı bu hadisə yaşanmazdı. Validyenlərin üzərinə böyük məsuliyyət düşür. Onlar hərəkətləri ilə övladlarına nümunə olmalıdırlar. Niyə valideyn gecə kriminal verilişə baxmalıdır ki, uşağı da gəlib onun yanında otursun?!”.
L.Mehralı psixoloqları dəstəkləsə də, bu işdə onların da üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırır. O, xüsusilə məktəb psixoloqlarının fəaliyyətindən gileylənir:
“Tərbiyə evdə başlayır, məktəbdə başa çatır. Müəllimlərlə yanaşı, psixoloqlar da şagirdlərlə maraqlanmalıdır. Hansı məktəbdə psixoloqların fəaliyyəti qənaət-bəxşdir? Heç birində. Ona görə də belə hallar var. Əgər psixoloqlar öhdələrinə düşən vəzifəni yerinə yetirib, yeniyetmələrin psixası ilə maraqlansalar belə halların sayı kəskin azalar. Həm də maarifləndirmə işləri aparılmalıdır. Əfuslar olsun ki, televiziya kanallarında maarifəndirmə çox azdır”.
Lalə xanım bu cür mənfi halların tək-tək fərdin yox, bütünlüklə cəmiyyətin problemi olduğunu söyləyir. Sosioloq bu fikirdədir ki, “Tik-tok” hətta mental dəyərlərə sadiq cəmiyyəti də uçuruma apara bilər:
“12 yaşlı qızı kamera qarşısında oynayıb, videosunu sosial şəbəkədə yaymağa nə vadar edə bilər? Bu, çox dəhşətlidir. Bəlkə də, Avropa ölkələri artıq öyrəşiblər. Amma belə hallar bizim cəmiyyətə yaddır. Cəmiyyətin gələcəyini düşünmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm