
Sınaqlardan üzüağ çıxdı...
Yusif Nəzərli
08:57 07.12.2021
Cəmiyyət
531
“Hürkuş” ordumuzun gücünə əlavə güc qatacaq
Təyyarə təkcə təlimlərdə deyil, döyüşlərdə də özünü göstərəcək
Türkiyəyə məxsus “Hürkuş” tipli təlim təyyarəsi Azərbaycanda sınaq uçuşları keçirib. Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar. Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı uçuşları izləyiblər. Səfir tviter səhifəsində uçuşla bağlı paylaşım edərək “Bu gün Azərbaycanda “Hürkuş” uçurduq” sözlərini yazıb. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir də bildirib ki, Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsinə maraq göstərir. Komitə sədrinin sözlərinə görə, “TCG Anadolu” desant gəmisinin 2022-ci ildə istifadəyə verilməsi üçün səylər göstərilir: “Gəmidə hücum və digər PUA-ların yerləşdirilməsi layihəsi davam edir. Azərbaycan bu layihədə maraqlıdır. Ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə irəliləyiş əldə edəcəyik”.
Məlumat üçün bildirək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsinə verilən “Hürkuş” təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq. Yeni nəsil əsas təlim təyyarəsi sayılan “Hürkuş”un inkişaf proqramı 2006-cı ilin mart ayında Müdafiə Sənayesi Katibliyi ilə TUSAŞ arasında imzalanmış müqavilə ilə qüvvəyə minib. Gecə-gündüz fəaliyyət göstərə bilən “Hürkuş” təlim təyyarəsi naviqasiya, gecə və qol uçuşu təlimlərini asanlıqla həyata keçirə bilir.
Təyyarənin dayanıqlılığı, zədələrə dözümlülüyü də uğurla sınaqdan keçirilib. “Hürkuş” Avropa Mülki Aviasiya Təşkilatından sertifikat alan ilk türk təyyarəsidir. Təlim təyyarəsinə verilən “Hürkuş” adının maraqlı tarixi və Azərbaycanla bağlılığı da var. “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, “Nargin adasında türk əsirləri” kitabının müəllifi Akif Aşırlı vurğulayıb ki, “Hürkuş” adı onun zehnində Qafqaz cəbhəsində əsir düşən, daha sonra Azərbaycanın milli qüvvələri tərəfindən Nargin adasından qaçırılan ilk türkiyəli pilot kimi qalıb. Baş redaktor bildirib ki, Nargin adasındakı türk əsirlərin qaçırılaraq İran üzərindən saxta pasportlarla Türkiyəyə göndərilməsini araşdırdığı zaman Türkiyənin ilk peşəkar pilotunun da bu siyahıda olduğunu tarixi qaynaqlarla müəyyənləşdirib: “Türk pilot Vecihi Hürkuş Qafqaz cəbhəsində Rus hərbi qüvvələrinin bir təyyarəsini vurub sıradan çıxarıb, sonra yaralı halda əsir düşüb və Nargin adasına gətirilib. Bir qədər sonra Azərbaycan türkləri tərəfindən adadan qaçırılıb, libası dəyişdirilib və saxta pasportla Astara üzərindən İrana keçirilib. Vecihi bəy İstanbula qayıdaraq Atatürkün Anadoluda başlatdığı İstiqlal hərəkatına qatılıb, yunan uçaqlarına zərbələr vurub. Daha sonra hərbi helikopterlərin istehsalına başlayıb. 1969-cü ildə Ankarada vəfat edib. Tarixə, taleyə bax! 1918-ci ilin bir bahar günü azərbaycanlı qardaşları tərəfindən ölüm adasından qaçırılan Hürkuş bəyin adını daşıyan “Hürkuş” təyyarələri 100 ildən sonra qardaşlarının səma təhlükəsizliyinə xidmət üçün Bakıya gətirilib. Budur tarixi həqiqət, budur qardaşlıq, eyni soy-kökün daşıyıcısı olmaq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da “Şərq”ə deyib ki, Azərbaycan daim Türkiyənin hərbi avadanlıqlarına maraq göstərib. Ekspertin sözlərinə görə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdə olarkən yeni hərbi texnikaların alınması ilə bağlı müzakirələr aparılıb:
“Böyük ehtimalla yaxın günlərdə Azərbaycanda Türkiyəyə məxsus yeni hərbi texnikaları görəcəyik. Konkret “Hürkuş” təlim təyyarələrinin də bizim üçün böyük əhəmiyyəti var. Pilotlarımızın döyüş hazırlığını, manevr imkanlarını artırmaq üçün təlim təyyarələrindən istifadə çox vacibdir. Artıq bizim pilotlarımız “Hürkuş”la ilk təlim uçuşlarını həyata keçiriblər və çox məmnun qalıblar. Hərbi mütəxəssislər də “Hürkuş” haqqında müsbət fikirdədir. Bu təyyarələrin ordumuzun gücünə əlavə güc qatacağı şübhəsizdir.
“Hürkuş” adətən təlim təyyarəsi kimi təqdim olunsa da, döyüş əməliyyatlarından istifadəsi mümkündür. Hazırda bu tipli təyyarələrin üzərində iş aparılır, əlavələr edilir. Yaxın zamanda “Hürkuş” real döyüşlərdə də özünü göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat