ŞOK İDDİA! - Hacı Şahinə sui- qəsd edilib? – Mühüm açıqlama
Yusif Nəzərli
11:11 02.03.2023
Cəmiyyət
700
İlahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin qəfil ölümü cəmiyyətdə çoxsaylı suallar doğurub. Ölümü ilə bağlı araşdırma tələb edən ictmaiyyət üzvlərinin fikrincə, din xadiminə qarşı sui- qəsd ehtimalını gözardı etməmək lazımdır.
Sözügedən hadisəylə bağlı “Sherg.az”a açıqlama verən həkim, tibbi təlimçi Sevindik Şirinov deyib ki, qəfil, gözlənilməz ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir. Onun sözlərinə görə, bütün gözlənilməz ölümlərin 90 faizindən çoxu ürəyin qəfil dayanması ilə əlaqəli olur: “İnsanlar bəzən “mədəm ağrıyırdı, həkimə getdim EKG çəkdirdim, heç bir kəskin patalogiya aşkarlanmadı” kimi narahatlıq keçirir. Bəli, bütün kəskin döş ağrılarında, mədə ağrılarında,epigastral ağrılarda ilkin müayinə EKG müayinəsidir. Ürəklə bağlı kəskin kardioloji patalogiyalarda EKG bir çox hallarda 15-20 faiz informativ olur. Bunun üçün xəstə dinamik kontrolda saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitoring olmalıdır.
Təəsüflər olsun ki, bəzən bu taktikanı tibb işçiləri xəstələrə başa sala bilmir,qəti şəkildə xəstələr digər müayinələrdən imtina edir. Onu da deyim ki, statistik olaraq infarktla bağlı ürək tutmaların, qəfl ürək dayanmaların və ani ölümlərin ən çox baş verdiyi vaxt 04:00-09:00 saatlarıdır”.
Qeyd edək ki, 48 yaşlı ilahiyyatçı səhər 05:00 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib. Bu baxımdan dini kəsim hesab edir ki, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalı ki, bu, sırf sağlamlıqla bağlı məsələdir, yoxsa təxribat!?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm