Son hədəfimizə qədər çalışmalıyıq
Yusif Nəzərli
09:09 11.07.2023
Cəmiyyət
601
Qərbi Azərbaycan türklərinin indiki Ermənistan Respublikasında xüsusi muxtariyyətə sahib olması da gündəmə gətirilməlidir
Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı keçirilib. İclasda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, ziyalılar, rayonun alimləri, kənd icmalarının fəalları iştirak ediblər. Akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcmasının yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə kimi dəyərləndirərək tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizəyə verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün amasiyalılar adından öz dərin təşəkkürünü bildirib. Dövlət başçısının Qərbi Azərbaycanla bağlı siyasətinin bu bölgədən olan insanların üzərinə böyük məsuliyyət və vəzifə qoyduğunu, Amasiya rayonu və onun 22 kəndinin hər birinin bu vəzifələrin yerinə yetirilməsi üçün öz bacarıq və imkanlarından istifadə edəcəklərinə inamını ifadə edib. Daha sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək İcmanın keçdiyi yol və qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Xatırladaq ki, bir neçə gün əvvəl Qərbi Azərbaycan İcmasının 6 aylıq hesabatı dinlənilib. İcmanın ölkə daxilində və beynəlxalq istiqamətdə fəaliyyətinə dair geniş təqdimat olub, keçirilən iclaslara, mühüm tədbirlərə toxunulub.
Qeyd edilib ki, İcmanın tərkibində Elm komissiyasının yaradılması, bölgələrdə nümayəndəliklərin fəaliyyətə başlaması, rayon və kənd icmalarının toplantılarının keçirilməsi təşkilatlanma prosesində mühüm rol oynayır. Əziz Ələkbərli Qayıdış Konsepsiya da daxil olmaqla, İcmanın BMT-də 4 sənədinin bu təşkilatın rəsmi sənədi kimi yayıldığını vurğulayıb. Nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlər, onlardan geri alınan cavablar barədə danışıb. Berlində İcmanın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın görüşündən bəhs edib. Bildirilib ki, İcmanın beynəlxalq istiqamətdə fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir.
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini genişləndirməsi və bütün istiqamətlər üzrə işlərini sürətləndirməsi təqdirəlayiq haldır. Alim vurğulayıb ki, əslində proses daha əvvəldən başlanmalı idi: "30 il ərzində torpaqlarımızın işğal altında qalması və digər amillər Qərbi Azərbaycan məsələsini gecikdirdi. Nəzərə alaq ki, Qərbi Azərbaycan İcmasının varlığı həm də Qərbi Azərbaycan torpaqlarının mövcudluğu deməkdir. Şübhəsiz, Qərbi Azərbaycan ümumi Vətənimizin, tariximizin və mədəniyyətimizin önəmli bir hissəsidir. 1918-ci ildə yaradılmış Ararat Respublikası, 1920-ci ilin noyabrın sonlarında yaranmış Ermənistan SSR və 1990-cı illərdə baş vermiş müharibə nəticəsində bölgədə yaşayan soydaşlarımız doğma torpaqlarından - İrəvan, Göyçə, Dərələyəz, Qaraqoyunludan və digər yerlərdən deportasiya olunmuş, sürgünə məruz qalmış, fiziki baxımdan məhv edilmişdilər. Bütün bunları nəzərə alaraq, gec də olsa Qərbi Azərbaycan İcmasının fəaliyyətinin geniş prizmaya keçid etməsi çox vacib idi".
F.Ələkbərlinin sözlərinə görə, İcmanın fəaliyyəti baxımından ən əsas məsələ bu istiqamətdə çalışan digər təşkilatlarla əlaqələr qurmaq, əməkdaşlıq etməkdir:
"Məsələn, İrəvan Azadlıq Təşkilatı, İrəvan Türk Cümhuriyyəti və s. qurumlarla əlaqəli fəaliyyət göstərmək məqsədəuyğun olardı. Hədəfimizə çatmaq üçün bütün qüvvələri səfərbər etmək lazımdır. Qərbi Azərbaycan İcması deportasiyaya məruz qalmış soydaşlarımızın dəqiq siyahıya alınması, tarixi-mədəni abidələrimizin aqibətinə diqqət yönəldilməsi və başqa məsələlər ciddi şəkildə gündəmdə saxlanmalıdır. Həmçinin Qərbi Azərbaycanla bağlı ədəbiyyatlar sadəcə öz dilimizdə deyil, aparıcı xarici dillərdə də nəşr olunmalı və dünyaya yayılmalıdır. Təbliğatı mümkün qədər genişləndirməliyik. Ən əsası isə məsələnin beynəlxalq hüquq müstəvisinə keçirilməsi olduqca önəmlidir. Qərbi Azərbaycan türklərinin indiki Ermənistan Respublikasında xüsusi muxtariyyətə sahib olması da gündəmə gətirilməlidir. Məqsədimizə nail olmaq üçün hər üç istiqamətdə davamlı işlərin aparılması zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə