“Sosial tədqiqatlar” jurnalı dövri elmi nəşrlərin siyahısına daxil edilib
Yusif Nəzərli
12:09 02.03.2023
Cəmiyyət
514
Sosial Tədqiqatlar Mərkəzinin (STM) beynəlxalq redaksiya heyətinə malik elmi nəşri olan “Sosial tədqiqatlar” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib. AAK “Sosial tədqiqatlar” jurnalında dərc edilən məqalələrin müxtəlif elm sahalərini əhatə etdiyini və müvafiq bölmələri əsas götürərək “Fəlsəfə və sosiologiya”, “Siyasi elmlər”, “İqtisad elmləri”, “Tarix və antropologiya” elm sahələri olmaqla 4 bölmədə təqdim edib:
► FƏLSƏFƏ VƏ SOSİOLOGİYA
http://www.aak.gov.az/single/423► SİYASİ ELMLƏR
http://www.aak.gov.az/single/424► İQTİSAD ELMLƏRİ
http://www.aak.gov.az/single/421► TARİX VƏ ANTROPOLOGİYA
http://www.aak.gov.az/single/426Qeyd edək ki, bundan əvvəl “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrində qeydiyyatdan keçib. 2021-ci ilin mart ayında isə mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) ilə bağlı sertifikat verilib.
Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət, hüquq, fəlsəfə, tarix kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Məqalələr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblərə (http://www.aak.gov.az/single/614) və STJ-nin “Müəlliflər üçün qaydalar”ına (https://socialresearchjournal.az/index.php/muellifqaydalar/ ) uyğun hazırlanmalıdır.
Bütün məqalələr kompilyasiya və ya plagiat ola biləcəyi ehtimalına görə nəzərdən keçirilir. Plagiatlıq hallarına rast gəldikdə məqalə dərhal çap prosesindən kənarlaşdırılır və jurnalın bundan sonrakı saylarında müəllifin məqaləsi qəbul edilmir.
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları “Sosial tədqiqatlar” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.
Əvvəllər çap olunmuş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
Simpoziumlarda, konfranslarda təqdim olunan və tam şəkildə yayımlanmayan materiallar məqalə formasında qiymətləndirilmə və resenziyalaşdırılma mərhələsinə tədim edilə bilər.
Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.
Jurnalda Azərbaycan, ingilis, türk və rus dillərində məqalələr dərc edilir.
Onu da əlavə edək ki, jurnalın ayrıca olaraq iki dildə (Azərbaycan və ingilis) internet saytı ( https://socialresearchjournal.az/ ;https://socialresearchjournal.az/index.php/en/ ) və Feysbuk səhifəsi (https://www.facebook.com/profile.php?id=100072990687418 ) fəaliyyət göstərir.
Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olması üzərində intensiv işlər aparılır, nəticələrlə bağlı oxuculara yaxın vaxtlarda məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm