"TikTok", yoxsa əxlaqsızlıq yuvası?- Söyüş söyən kim, narkotik çəkib, canlı açan kim...
Yusif Nəzərli
14:26 27.02.2023
Cəmiyyət
703
"Yüzlərlə neqativ videonun, canlı yayımda bir-birini təhqir edənlərin şahidi oluruq”
“Söyüşlə məşhurlaşan bəzi "TikTok" istifadəçiləri saxlanıldı, hətta narkotik vasitələrdən istifadə etdikləri də aşkarlandı. Demək, canlı yayım açan şəxslərin bir qismi sağlam həyat tərzi sürmür”
“Kontenti dəyişmək istəyiriksə, ziyalılar, Qeyri-Hökumət Təşkilatı nümayəndələri, jurnalistlər, millət vəkilləri belə cəmiyyəti daha sağlam fikrə çağırmalıdır”
Son vaxtlar “Tiktok” sosial platformasında söyüş və təhqirlər səsləndirənlər ictimai qınağa tuş gəlirlər. Hətta həmin platformada təhqirlərə məruz qalan bəzi şəxslər polis orqanlarına da müraciət edirlər. “TikTok”un bağlanmasını istəyənlər də az deyil. Səbəb kimi isə orada qeyri-etik və mənasız kontentin yayılması göstərilir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrildiyi üçün bir qisim istifadəçi bununla razılaşmır. Çox təəssüf ki, müasirlik deyəndə, avropalaşmaq deyəndə düşüncələrdə söyüşlə danışmaq formalaşır. Şübhəsiz, hansısa avropalı sözügedən platformadan şəxslərin ünvanına təhqir səsləndirmək üçün istifadə etmir.
Dünyanın bir çox inkişaf etmiş ölkələri, hətta ABŞ və Böyük Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildirirlər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan "Azxeber.com"un baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüflə bildirib ki, Azərbaycanda "TikTok" platforması əxlaqsızlığın ən çox təbliğ edildiyi seqmentə çevrilib:
"Yüzlərlə neqativ videonun, canlı yayımda bir-birini təhqir edənlərin şahidi oluruq. Söyüşlə məşhurlaşan bəzi "TikTok" istifadəçiləri saxlanıldı, hətta narkotik vasitələrdən istifadə etdikləri də aşkarlandı. Demək, canlı yayım açan şəxslərin bir qismi sağlam həyat tərzi sürmür.
Azərbaycan seqmentində belə paylaşımların olmaması üçün ictimaiyyət qınamalı və hüquqi addımlar atılmalıdır. Qanun pozuntusu varsa, şərəf və ləyaqətə toxunulubsa, müvafiq orqanlara müraciət etmək lazımdır. Həmin şəxslərə qarşı tədbir görülməyəndə cəzasız mühit olduğunu düşünürlər, rahat şəkildə özlərini büruzə verirlər.
Cəmiyyətdə ictimai yükü olan şəxslər maarifləndirici paylaşımlar etməlidir.
"TikTok"da 3 milyondan çox azərbaycanlı istifadəçisi var. İnsanların alçaldılmasının, təhqir olunmasının qarşısı alınmalıdır. Kontenti dəyişmək istəyiriksə, ziyalılar, Qeyri-Hökumət Təşkilatı nümayəndələri, jurnalistlər, millət vəkilləri belə cəmiyyəti daha sağlam fikrə çağırmalıdır. Yalnız qanun-qayda yox, ictimai qınaq və vətəndaş mövqeyi ilə neqativ halların qarşısını ala bilərik. "TikTok"un bağlanmasına ehtiyac yoxdur. Çünki sağlam kontentlər yaradıb, gəlir qazanan şəxslər də var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə