Uşaq hüquqlarının müdafiəsi işində bir sıra pərakəndəlik var
Yusif Nəzərli
03:40 09.07.2022
Cəmiyyət
666
Yaxşı olar ki, uşaqların hüquqlarının müdafiəsi bir əldə - bir orqanda cəmləşsin
Ombudsman səlahiyyətlərini artırmaq da olar. İcra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, ya da Sosial Xidmətlər Agentliyinin fəaliyyəti də gücləndirilməlidir
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Sənəd yaxın vaxtlarda aidiyyəti orqanlara təqdim olunacaq. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə “Şərq”ə açıqlamasında qanun layihəsindən xəbərsiz olduğunu dedi: “Bizə hələ ki, sənəd təqdim olunmayıb. Uşaq hüquqları xüsusilə həssas məsələ olduğu üçün, qanun layihəsinin hazırlanmasında, ya da qanuna dəyişikliklər edildikdə, uşaq hüquqları ilə məşğul olan, bu sahədə təcrübə əldə etmiş təşkilatların fikri, rəyləri də öyrənilməlidir. Amma bizi çox nadir hallarda müzakirələrə dəvət edirlər. Ola bilsin, mən məsələlərə daha çox tənqidi yanaşdığım üçün dəvət etmirlər. Heç üzülmürəm, çünki öz işimlə məşğulam. Bəlkə yeni layihə bizə də təqdim olunacaq. Ancaq hələ ki, məlumatsızam”.
K.Ağazadə qeyd etdi ki, qanunlar demək olar ki, həmişə mükəmməl hazırlanır. Problem qanunlarda deyil, qanunların icra mexanizmlərinin təkmil olmamasındadır:
- 2020-ci ildə “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun qüvvəyə mindi. Bu qanun uşaqların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda uşaqların əldə etməsi qanunla məhdudlaşdırılan informasiyaların növləri müəyyənləşib və sair. Amma gəlin görək, qanuna necə əməl edilir? Efirlərə uşaqları çıxarırlar, uşaqlar ailə münaqişələrinin mərkəzinə qoyulur, danışdırılır, dindirilir. Uşaqlar çox ağır psixoloji travma alır.
Amma bunun qarşısı alınmır. Düzdür, son vaxtlar media uşaqlarla bağlı informasiyalarda anonimliyi qoruyur, uşaqların üzünü açıq göstərmirlər, lakin hələ də qanun pozuntularına yol verənlər var.
Uşaqların hər cür zərərli informasiyalara çıxışları da sərbəstdir. “Uşaq hüquqları haqqında” yeni qanun hazırlanırsa, burada hər bir bənd üzərində ciddi işlənilməlidir. Qanunun icrası üçün mexanizmlər olmalıdır. Mexanizmlər də qanunun bəndlərinə uyğunlaşdırılmalıdır. Qanunlar, bəli, çox yaxşıdır. Amma işlək mexanizmlər olmayacaqsa, qanunun nə faydası?
K.Ağazadə eyni zamanda uşaq hüquqlarının müdafiəsi işində bir sıra pərakəndəliklərin olduğunu da qeyd etdi:
- Uşaq hüquqlarının müfadiəsində pərakəndəlik hardadır: uşaqların yerləşdirilməsiylə bağlı. Uşaq sığınacaqlarının bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindədir, bir hissəsi isə - internat və uşaq evləri timsalında Təhsil Nazirliyinin. Həmçinin, övldalığa verilmə məsələsinə “DOST” Mərkəzi baxır.
Qiymətləndirməni “DOST” aparır, valideynini itirmiş, valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumat bazası “DOST”dadır, ancaq uşaqlar övladlığa veriləndə yenə də uşaqlar internatlar və ya uşaq evlərindən götürülür.
İcra hakimiyyətləri yanında Qəyyumluq şöbələri var. Sosial xidmətlər agentliyi də fəaliyyət göstərir. Yaxşı olar ki, uşaqların hüquqlarının müdafiəsi bir əldə - bir orqanda cəmləşsin.
Ombudsman səlahiyyətlərini artırmaq da olar. İcra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, ya da Sosial Xidmətlər Agentliyinin fəaliyyəti də gücləndirilməlidir. Əsas odur ki, uşaq hüquqları ilə bağlı konkret ünvana müraciət etmək mümkün olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat