
Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14:42 15.06.2025
Cəmiyyət
396
Uşaq-yeyiyetmə üzrə klinik psixoloq Eda Ergür bildirir ki, atası ilə sağlam bağ quran uşaqlar özünə güvənən, emosiyalarını idarə edə bilən və sosial münasibətlərdə uğurlu fərdlərə çevrilirlər.
Atanın uşağın həyatındakı rolu həm emosional, həm də sosial və zehni inkişaf baxımından olduqca vacibdir.
Ata ilə sağlam bağ uğura aparır
Atanın təhlükəsizlik hissi yaradan, anlayışlı və ardıcıl bir münasibət göstərməsi uşağın özünü dərk etməsində və xarici dünyayla əlaqələr qurmasında əhəmiyyətli rol oynayır. Bu bağ uşağın gələcəkdə akademik, peşəkar və emosional sahələrdə də daha sağlam münasibətlər qurmasına kömək edir.
“İdeal ata” necə olmalıdır?
“İdeal ata” anlayışı hər uşaq üçün fərqli olsa da, emosional və fiziki ehtiyacları anlayan, sevgi və sərhədi balanslı şəkildə təqdim edə bilən bir ata modeli önəmlidir.

Ata:
Uşağın hisslərini dinləməli,
Tənqiddən uzaq durmalı,
Dəstəkləyici və başa düşən yanaşma sərgiləməlidir.
Ata olmaq təkcə maddi imkan yaratmaqla deyil, uşağın daxili dünyasına toxuna bilmək bacarığı ilə mənalıdır.
Dəyişən ata-uşaq münasibətləri
Geleneksel avtoritar rol yerini dəyişir. Müasir dövrdə atalar:
Emosional bağlar qurur,
Uşaqları ilə oyun oynayır,
Gündəlik həyatlarında daha aktiv iştirak edirlər.
Bu təmas və paylaşım, uşağın ruh sağlamlığına müsbət təsir göstərir.
Yanında olduğunu hiss etdirmək vacibdir
Uşağın problemi ilə bağlı ilk öncə onun hissini dinləmək və anlamağa çalışmaq, “yanındayam” mesajı vermək lazımdır. “Nə hiss edirsən?”, “Bu səni necə təsirləndirdi?” kimi suallar uşağın özünü ifadə etməsini gücləndirir.
Vaxtın miqdarı yox, keyfiyyəti önəmlidir
Atanın uşağı ilə keçirdiyi zamanın keyfiyyəti daha önəmlidir. Birgə:
Oyun oynamaq,
Nağıl oxumaq,
Gəzintiyə çıxmaq kimi sadə, amma mənalı fəaliyyətlər əlaqəni gücləndirir.
Bu zaman:
Telefonlar söndürülməli,
Göz təması qurulmalı,
Uşaq dinlənilməlidir.
Sözlərdən çox davranışlar əhəmiyyətlidir
Uşaqlar üçün ən dəyərli şey qaydşsız sevgi və ata ilə sabit münasibətdir. “Səninləyəm, səni eşidirəm və səni olduğun kimi qəbul edirəm” mesajını davranışla ötürmək, övladın bütün ömrü boyu daşıyacağı emosional gücün əsasını təşkil edir.
Qısaca: İdeal ata – yalnız təmin edən deyil, dinləyən, hiss edən və yanında olan atadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm