Böyüklərin uşaqlara izah etməkdə ən çətin mövzulardan biri müharibə və zorakılıqdır. Uşaqların hüquqlarına görə “Uşaqlar müharibənin tərəfi deyil”, amma real həyatda onlar münaqişə xəbərləri ilə qarşılaşa bilirlər.
Sherg.az xəbər verir ki, psixoloq və terapevtlərin tövsiyələrinə görə, valideynlər uşaqlarına müharibəni izah edərkən tərəfsiz olmalı, savaşın insanlara gətirdiyi acıları vurğulamalıdır. Uşaqlara yalnız qəhrəmanlıq və müharibə görüntüləri deyil, həm də zorakılığın nəticələri öyrədilməlidir.
Əgər uşaq müharibə xəbərlərindən qorxu və narahatlıq göstərirsə, valideynlər onun yanında sakit və dəstəkləyici olmalı, təhlükəsizliyi hiss etdirməlidir. Televiziyada və ya internetdəki müharibə görüntülərinə qarşı müdaxilə edərkən, uşağın marağını artıracaq və qorxu yarada biləcək üsullardan qaçmaq vacibdir.
Ailə daxilində uşaqlara zorakılıqsız problemləri həll etmə, sosial məsuliyyət daşıma və özünü idarə etmə bacarıqları öyrədilməlidir. Uşaqların yaşına uyğun televiziya proqramları və müsbət nümunələr bu baxımdan əhəmiyyətlidir.