Vəsait ayrılıb, ancaq real nəticələr ortada yoxdur
09:35 22.08.2021
Cəmiyyət
438
Regionlarda, kəndlərdə, əhalinin az məskunlaşdığı ərazilərdə internet problemi yaşanır
Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapmayıb. Hökumət tərəfindən bu problemin köklü həlli istiqamətində müəyyən cəhdlər olsa da indiyədək bunlar reallaşmayıb. Xüsusən də regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir.
Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da hələlik real nəticələr ortada yoxdur. Ekspert vurğulayıb ki, qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki, elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır: "Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən də ucqar və əhali az yaşayan yerlərdə həllinə yanaşmalar xeyli dəyişib. Azərbaycanda bu problemin həlli üçün NRYTN yeni yanaşma irəli sürüb. Nazirlik bu problemi dövlət və özəl təşkilatlarla - "Baktelecom"la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Bununla bağlı artıq nazirlik açıqlamalar da verib. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib. Kəndlərdə yeni qurulacaq magistral şəbəkə, həmçinin son nöqtəyədək olan xətlərin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastrukturu quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıqlamalar verilməyib. Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbedici olacaq".
O.Gündüz əlavə edib ki, gözlənilən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayan yerlərdə magistral infrastrukturu özü quracaq:
"Həmçinin, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvalə edəcək. Qeyd etdiyim kimi hələlik bununla bağlı vəziyyət açıqlanmayıb. Sual yarana bilər ki, bəs qonşu ölkələr bu problemi necə etmək istəyirlər? Qonşu ölkələr əhalinin daha az yaşadığı ərazilərdə, ucqar yerlərdə və kəndlərdə bu problemi həll etmək üçün son dövrlərdə daha innovativ yanaşma sərgiləyirlər. Qazaxıstan, Qırğızıstan və Gürcüstan artıq "StarLink" və "One Web" ilə danışıqlar apararaq onların peyklərindən internet əldə etməklə adı çəkilən ərazilərdə keyfiyyətli internetə əlçatanlıq problemini həll etmək niyyətindədir. Bu istiqamətdə artıq adı çəkilən ölkələr və peyk operatorları ilə bir neçə dəfə müzakirələr aparılıb. "StarLink" və "One Web" dünyanın istənilən yerində internet təminatını həyata keçirməyə imkan verən qlobal peyk sistemləridir. Bu tip internetin əldə edilməsi üçün müəyyən avadanlığa (antenaya) və routerə sahib olmaq tələb olunur. Azərbaycanda bu tip peyk internetinin əldə edilməsi imkanları haqqında hələlik rəsmi açıqlamalar verilməyib. Amma "Azərkosmos"un son açıqlamalarından və addımlarından belə güman etmək olar ki, bizdə də "StarLink" və ya "One Web" kimi operatorlardan internet əldə edilməsi istisna olunmur. Belə ki, son zamanlar "Azərkosmos" Çinin kosmos sahəsində kommersiya fəaliyyətini həyata keçirən məşhur “Satelliteherd” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu şirkət “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü antenasını da quraşdırıb. Düşünmək olar ki, gələcəkdə "Azərkosmos" da qlobal peyk sistemlərindən internet əldə edilməsini nəzərdə tutur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət