Xəstənin bədənində qayçının qalması tibb bacısının günahıdır – Həkimdən İZAH
Fidan Həmişəyeva
13:46 14.01.2020
Cəmiyyət
1019
Gəncə şəhərində dəhşətli hadisə yaşanıb. Həkimlər xəstəni əməliyyat edərkən bədənində qayçı qoyub. Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.
Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.
“Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən mənim niyə əməliyyat edildiyimi soruşduqda, tamam başqa söz deyilib.
Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır”.
Baş verənlərə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, tibbi alətin xəstənin bədənində qalması ilk növbədə əməliyyatda iştirak edən tibb bacısının günahıdır.
Professor qeyd edib ki, yad cismlərin, xüsusilə əməliyyat zamanı həkimə təhvil verilən cərrahi alətlərin bədənin boşluqlarında qalması təcrübəsinə indi təsadüfən rast gəlinir:
“Əvvəllər belə hallara nisbətən çox rast gəlinirdi. İndi əməliyyatların çoxusu video-endoskapik yolla aparılır. Bu baxımdan belə hallara daha az təsadüf edilir. Tibb bacısı həkimə verdiyi tamponların, alətlərin sonda sayını bilməlidir. Əməliyyat başa çatan zaman tibb bacısı qarın boşluğunun bağlanıb-bağlanmayacağını həkimə bildirir. Tibb bacısının icazəsi olmadan həkim qarın boşluğunu bağlaya bilməz. Ona görə də bu məsuliyyət birbaşa tibb bacısının üzərindədir. Deməli, tibb bacısı məsuliyyətsiz olub, alətləri düzgün saymayıb. Çünki həkim əməliyyat zamanı bir çox alətlərdən istifadə edir. Ola bilər hansısa alətlə damarı bağlayır, digər alətlər də bir müddət növbətçi kimi bədəndə qalır. Əlbəttə, həkimlər də diqqətli olmalıdır, qarın boşluğundan çıxanda tam arxayın olmalıdır. Amma burada tibb bacısının rolu da mühümdür. Tibb bacısı tamponların sayının düz olduğunu desə, həkim tamponları saymağa lüzum görməz. Lakin bir tampon və ya hansısa alət çatmırsa, həkim onda axtarıb tampağa məhkumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region