Xəstəxanada olanda onunla danışdım, dedi ki.... - Hacı Surxay hər şeyi danışdı
Yusif Nəzərli
11:42 02.03.2023
Cəmiyyət
467
“Dünən xəstəxanada olanda onunla əlaqə saxladım dedi ki, narahat olma yaxşıyam. Düzdür, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəksə də, heç vaxt cismində olan hər hansı bir narahatlıqdan şikayət etməyib. Hacı Şahin bizimlə hər zaman şən əhval-ruhiyyə ilə danışar, neqativliyi aradan qaldırmaq üçün zarafatlar edərdi”.
Bakupost.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Hacı Surxay Məmmədli deyib.
O, bildirib ki, Hacı Şahinin ürəktutmasından vəfat etdiyi xəbərini eşidəndə inana bilməyib.
“Bu, acı xəbər mənə inandırıcı gəlmədi. Şahin mənim həm çox yaxın dostum idi, həm də biz Qafqaz Müsəlmanları İdarəsində eyni səlahiyyətə malik idik. Onun aramızdan ayrılması din üçün, gənclik və cəmiyyət üçün böyük itkidir. Biz onunla mütəmadi danışırdıq, görüşürdük, amma son vaxtlar mənə bu haqda heç nə deməmişdi. Xüsusilə də, belə bir narahatlığını ifadə edən hər hansı bir şikayət etməmişdi. Nə demək olar, dünyanın işi belədir”.
Onun sözlərinə görə, son zamanlar Hacı Şahin böyük bir narahatlıq içində olub.
“Mənə deyirdi ki, qızımdan çox nigaranam. O, istəyirdi ki, qızını din xadimi övladına layiq tərzdə, yüksək səviyyədə yetişdirib təhsil versin və xalq üçün yararlı övlad etsin. Həmişə övladları ilə fəxr edirdi”.
Hacı Surxay Məmmədli qeyd edib ki, mərhumun hansı xəstəxanaya müraciət etməsi ilə bağlı hələlik bir informasiya yoxdur:
“Uşaqlar mənə dedi ki, halı dəyişib, özəl xəstəxanalardan birinə gedib, amma hansı olduğunu bilmirəm. Hər halda Hacı Şahin hansı xəstəxanaya getsəydi orada ona yaxşı baxacaqdılar”.
O, Hacı Şahinin sosial şəbəkələrdə müzakirələrə səbəb olan və ölmədən öncə paylaşdığı son şeir parçasına diqqət çəkib.
“Hacı Şahin sanki ölümündən xəbərdar imiş kimi dünən Ramiz Rövşənin ölüm haqqında olan bir şeirindən hissə paylaşıb. Məncə, o, bunu hiss edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol