“Yasamal parkı”nda bayraqların yerə atılması iddialarına rəsmi CAVAB – YENİLƏNİB + FOTO/VİDEO

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan bayrağının yerə atıldığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Yasamal parkında guya ki, Azərbaycanın dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto birmənalı şəkildə uydurmadır və saxta xarakter daşıyır:
“Bayraq olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır. Yasamal Rayon İcra Hakimiyyəti mətbuat işçilərinə yoxlanılmamış iddiaları dərc etməməyi tövsiyə edir”.