Yasamalda narkomanların yuvasında əməliyyat: Saxlanılanlar var - VİDEO
Yusif Nəzərli
14:03 25.10.2021
Cəmiyyət
415
Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri Eldəniz Əkbərov, Cavid Məhərrəmov və Vüsal Saydov tutulublar.
Bu şəxslərin üzərində axtarışlar aparılan zaman narkotik vasitələr və onları istifadə etmək üçün lazım olan digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə həyata keçirilən digər əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılaraq ərazi üzrə bölmə və şöbələrə gətiriliblər.
Əməliyyat nəticəsində paytaxt sakinləri Dəyanət Muxtarov, Sənan Həsənov, Vüqar İbrahimov, İlkin Həsənov, Abbas Məmməfov, Rüfət Ələsgərli, İlkin Əhmədov, Əziz Musayev, Rauf Ələkbərov, Natiq Abbasov, Seymur Daşçıyev və Rasim Rəhimov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Baku TV bu mövzuda süjet yayımlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm