
Yenə qış, yenə dəm qazı... – Ölüm və zəhərlənmə halları artır! – Nə etməli?
Yusif Nəzərli
14:44 07.12.2021
Cəmiyyət
1159
Elmar Nurəliyev: “Detektor quraşdırılan məkanda dəm qazı olduqda avtomatik olaraq qazın gəldiyi mənbəyə elektromaqnit şüaları ötürülür”
“Onun ötürdüyü siqnal vətəndaşa evdə dəm qazı olduğunu bildirir. Vətəndaş da lazımi tədbirləri görür”
“Beləcə faciəvi hadisənin də qarşısı alınır.Hər kəs bu detektorlardan faydalansa yaxşı olar”
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.Qeyd olunub ki, müraciət edən şəxslər arasında ölüm hadisəsi olmayıb, onların hər biri həkimlərin səyi nəticəsində sağalaraq evə buraxılıb.
Məlumatda həmçinin dəm qazından zəhərlənmə əlamətləri və hadisə zamanı ilkin təcili yardım gələnədək görülməsi zəruri olan bəzi tədbirlər öz əksini tapıb.Qurum havaların soyuması ilə əlaqədar son zamanlar bu kimi hadisələrin çoxaldığı üçün əhalini ehtiyatlı olmağa çağırıb.
Statistika ölkəmizdə dəm qazından zəhərlənmə halllarına qarşı illərdir, aparılan məlumatlandırma və maarifləndirmə işinin yetərli olmadığını göstərir. Bəs problemdən çıxış yolunu tapmaq üçün hansı addımlar atılmalıdır?

Mövzunu “Sherg.az”a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bu mövzuda maarifləndirmə işi apararkən insanların detektorlardan istifadəsinə diqqət yönəltmək lazımdır:
“Detektor quraşdırılan məkanda dəm qazı olduqda avtomatik olaraq qazın gəldiyi mənbəyə elektromaqnit şüaları ötürülür. Onun ötürdüyü siqnal vətəndaşa evdə dəm qazı olduğunu bildirir. Vətəndaş da lazımi tədbirləri görür. Beləcə faciəvi hadisənin də qarşısı alınır.Hər kəs bu detektorlardan faydalansa yaxşı olar”.
Ekspert kustar üsullarla hazırlanan avadanlıqlardan uzaq durmaq vacibliyini vurğulayıb. O bu cür cihazlar satışda olduğu müddətdə maarifləndirmə aparılsa da, insanların onlardan istifadə edəcəyini söyləyib. E.Nurəliyev dəm qazından ən çox ehtiyat etməli olduğumuz məkanlara diqqət çəkib:
“Hamam otaqları belə yerlərdən biridir. Burda vintilyasiya sistemi olmalıdır. Yoxdursa,heç olmasa qapının altında üç-beş dəlik və ya daim açıq saxlanılan nəfəslik olsun.
Dəm qazından zəhərlənmə hallarının qeydə alındığı məkanlara baxsaq görərik ki, orda qaz təchizatı var. Kombi olan yerlərdə bu hala rast gəlinmir”.
Ekspert qaz sobası olan evlərdə bacanın təmizlənmə prosesindən danışıb:
“Bunun ən sadə yolunu da deyə bilərəm.
Məftilləri və ya simləri bir-birinə dolaşdırıb kirpi formasına salsınlar. Onu bir qədər ağır dəmir parçasına bağlayıb iplə tüstü bacasının içinə qoysunlar.
Beş-altı dəfə aşağı- yuxarı çəkməklə bacanın içində olan bütün tullantını aradan qaldırmaq olar.Bəzən orda ölmüş heyvan cəsədi belə qala bilir. Elə tüstü bacaları var illərlə təmizlənmir. Nəticədə yaranmış dəm qazı içəri vurur.
Qaz sobalarının tüstü bacasını vaxtaşırı təmizləmək mütləqdir. Belə primitiv təhlükəsilik qaydalarına əməl etməklə sağlamlığımızı qoruya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat