Yeni yaradılan ixtisas: Tibb bacıları arasında rəqabət yaranacaq
Banuçiçək Kalbalıyeva
12:18 12.02.2020
Cəmiyyət
1058
Azərbaycan Tibb Universitetində (ATU) yeni ixtisas açılır. Universitetdən verilən məlumata görə artıq burada “Tibb bacısı” ixtisası üzrə təhsil almaq da mümkün olacaq. Bildirilib ki, indiyə kimi “Tibb bacısı” ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi. Bundan sonra isə həm də ali təhsilli tibbi bacıları insanların səhhətinin keşiyində dayanacaq.
Məsələ ilə bağlı Tibb Elmləri Doktoru, professor Adil Qeybullanın fikirlərini öyrəndik. O, Sherg.az-a addımın əhəmiyyətindən danışaraq bildirdi ki, indi tələbələr həm də təcrübi bacarıqlara yiyələnəcəklər:
“Son illər ölkəmizdə tibb sahəsinin inişafı üçün müəyyən addımlar atılır. Bu da onlardan biridir. Dünyanın hər yerində tibb işçisinin hazırlanması üçün 4 il müddət nəzərdə tutulub. Əvvəllər tibb bacıları orta tibb məktəblərində, yəni “texnikum”larda hazırlanırdı. Və onlara cəmi il yarım tibbi biliklər aşılanırdı. Praktika ilə tanış olmaları üçün isə heç bir şərait yaradılmırdı. Əlbəttə, baş verən dəyişiklik ixtisaslı kadrların yetişməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. İndi tələbələr təhsil aldıqları müddət ərzində təkcə nəzəriyyə ilə kifayətlənməyəcək, həm də praktik biliklər əldə edəcəklər”.
Professorun fikrincə, artıq digər tibb bacıları ilə tam ali təhsilli tibb bacıları arasında rəqəbat yaranacaq ki, bu da inkişafa səbəb olacaq:
“İndiyə kimi fəaliyyət göstərən tibb bacıları orta tibb məktəblərində təhsil almışdılar. Bundan sonra onlar da özlərini inkişaf etdirməyə, biliklərini təkmilləşdirməyə çalışacaqlar. Nəticədə Azərbaycan səhiyyəsi qazanacaq”.
A.Qeybulla onu da əlavə etdi ki, “ailə həkimi” ixtisası üzrə də tibb işçiləri hazırlanmalıdır:
“Əvvəllər sahə həkimləri var idi. Lakin, məncə, ailə həkimlərinin olması daha məqsədəuyğundur. Çünki ailə həkimləri ailənin bütün fərdlərinin immunitetinə bələd olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə