“Azərbaycanın dəstəyi Gürcüstan üçün son dərəcə vacibdir. Bu dəstək davam edir və ölkələr arasında əlaqələr dərinləşir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Paata Salia “İmedi” telekanalına açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır.
“Gürcüstanda uğurla keçirilən seçkilərlə bağlı “Gürcü Arzu”sunu ilk təbrik edənlərdən biri Azərbaycan hökuməti və Prezident İlham Əliyev olub. Gürcüstan parlamentinin nümayəndə heyətinə ilk dəvəti məhz Azərbaycanın Milli Məclisi etdi və deputatlar Bakıda səfərdə oldular”, - P.Salia söyləyib.