ABŞ-ın Ermənistanın sərhəd imkanlarının möhkəmləndirilməsinə dəstəyi Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına da kömək edəcək.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sualına cavab olaraq bildirib.
“Bu, həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət, biz bunu etməliyik. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə özü nəzarət etməlidir”, - XİN rəhbərinin müavini qeyd edib.
Qeyd edək ki, Rusiya sərhədçiləri bu il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxarılıb.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti onilliklər sonra İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını ötən il avqustun 1-də Ermənistan tərəfinə verib.