“Gürcüstan Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə, regionda davamlı sülhün olması üçün sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazır olduğunu dəfələrlə bəyan edib”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan və Tbilisi hər zaman Ermənistan və Azərbaycanın dialoq üçün istifadə edə biləcəyi məkan olub və olacaq.
“Biz hər iki tərəfdaş və qonşu ölkə arasında münasibətlərin qurulmasına töhfə verməyə hazırıq. Gürcüstan tərəfi bu prosesdə həmişə vasitəçi olacaq ki, bölgədə dayanıqlı sülh nəhayət bərqərar olsun”, - XİN başçısı söyləyib.