Rusiya-Ukrayna danışıqlarında real nəticə gözlənilmir -Politoloq
09:50 23.07.2025
Dünya
654
Aytən Qurbanova: “Kreml müharibənin davamında maraqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 23-nə planlaşdırılan qrafikində danışıqlar üçün İstanbula gələcək Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüş nəzərdə tutulmayıb.
Bu barədə Türkiyənin Prezident administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, iyulun 23-də R.T.Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyası və polis akademiyasının məzunları ilə iki tədbir keçirəcək. Türkiyə liderinin proqramında başqa görüş və ya tədbir yoxdur.
Politoloq Aytən Qurbanova Sherg.az-a bildirib ki, hazırkı mərhələdə Rusiya ilə Ukrayna arasında danışıqların hər hansı formada uğurlu nəticə verməsini gözləmək kifayət qədər sadəlövh yanaşma olardı:
"Çünki verilən bəyanatlar, hərbi cəbhədə əməliyyatların intensivləşməsi və Rusiyanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi göstərir ki, Kreml müharibənin davam etməsində maraqlıdır. Ən azından yayın sonuna qədər hərbi əməliyyatların dayanmayacağı ilə bağlı proqnoz vermək və buna ehtimal etmək mümkündür. Çünki növbəti mərhələdə keçiriləcək görüşlərdə Rusiya daha çox əraziləri nəzəri üstünlük kimi masaya qoyaraq öz şərtlərini diktə etməyə çalışacaq. Belə olan halda, İstanbulda keçirilməsi nəzərdə tutulan görüşlərdən hər hansı bir ciddi nəticənin əldə olunacağını gözləmək real deyil. Əvvəlki İstanbul görüşlərini nəzərə alsaq, növbəti raundda da əsasən humanitar məsələlərlə bağlı müəyyən razılaşmaların əldə olunacağını ehtimal etmək olar. Lakin daha irəli şərtlərlə, xüsusilə atəşkəsin ilkin şərtləri ilə bağlı konstruktiv yanaşmaların ortaya çıxacağını düşünmürəm. Bu kontekstdə, Ukrayna və Rusiya nümayəndələrinin ikitərəfli formatda görüş keçirməsi və müəyyən nəticələrin əldə olunması mümkündür".
Politoloq əlavə edib ki, əsaslı və irimiqyaslı şərtlərlə bağlı istər Türkiyə, istərsə də digər üçüncü və ya dördüncü tərəflərin iştirakı olmadan real nəticələrə nail olunacağı inandırıcı görünmür:
"Elə bu səbəbdən, İstanbulda keçiriləcək görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər hansı nümayəndə heyəti ilə rəsmi görüşünün nəzərdə tutulmaması da onu deməyə əsas verir ki, bu görüş əsasən humanitar məsələlərin müzakirəsinə həsr olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə