Ermənistan liderlərinin seçkidə qələbə şansları: Ən güclüsünün adı açıqlandı
09:39 03.06.2025
Cənubi Qafqaz
411
İctimai rəy sorğuları göstərir ki, Ermənistan Baş naziri Nikol Paşinyan və onun hakim “Vətəndaş Müqaviləsi” Partiyası ölkədə ən populyar siyasi qüvvə olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Ng.ru yazır.
Rusiya saytı bildirir ki, “Vətəndaş Müqaviləsi” 2019-cu ildə seçicilərin 35, 2021-ci ildə 22 və 2024-cü ildə isə 15 faizinin qeyd-şərtsiz dəstəyini qazanıb:
“Son 5 ildə partiyanın reytinqi demək olar ki, iki dəfə azalıb, amma baş verənləri nəzərə alsaq, bunu yenə də yaxşı nəticə hesab etmək olar.
Müqayisə üçün deyək ki, müxalifət çox pis vəziyyətdədir. 2021-ci ildə (Robert Köçəryanın) “Ermənistan” bloku seçicilərin 8 faizinin dəstəyini qazansa da, 2024-cü ildə ona cəmi 4 faiz etimad göstərilib. Üçüncü yerdə təxminən 4 faizin etibar etdiyi Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasıdır. Digər siyasi qüvvələr isə ən yaxşı halda 2-3 faizin rəğbətini qazanıb”.
Politoloq Aleksandr Markarovun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” obyektiv olaraq Ermənistanda əsas siyasi qüvvədir:
“Müxalifət isə mənfi gündəmə diqqət yetirsə də, birləşə bilmir. Paşinyanın opponentlərinin 2026-cı il parlament seçkilərində iştirak kampaniyasına başlamaq üçün çox az vaxtı qalıb. Amma “Vətəndaş Müqaviləsi”nin də 15 faizlik dəstəklə kifayətlənmək niyyəti yoxdur, onun başlanğıc mövqeləri bir qədər yaxşıdır. Proqnozlar vermək hələ tezdir, amma gələn il hakim partiyanın təsiredici koalisiya qurmaq şansı var”.
Rusiyalı politoloqun fikrincə, bir çox seçici müxalifət liderləri Robert Köçəryan və Serj Sərkisyana görə müxalif partiyalara səs verməkdən imtina edir:
“Erməni cəmiyyətində hələ formalaşmamış üçüncü qüvvəyə tələbat var. 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyan bu missiyanı üzərinə götürsə də, onun başlatdığı etiraz dalğası heç nəyə gətirib çıxarmadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil