Ermənistandakı seçkilərdə seçicilərin təqribən 60%-i səs verib

Ermənistanda parlament seçkilərində seçicilərin 58,97%-i səs verib.

"Report" Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, ölkədə səsvermə hüququna 2 mln 503 min 976 nəfər malikdir.

Seçkilərin yekunlarına görə, 1 mln 476 min 597 nəfər səs verib.

Qeyd olunur ki, seçici fəallığı təqribən 59% təşkil edib.