Ermənistan parlamentinin sədri Alen Simonyan növbəti parlamentdə olmayacaq, çünki sıravi deputat statusu ilə razılaşmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bir müddət əvvəl Vaaqn Xaçaturyanın səlahiyyət müddəti bitdikdən sonra və ya vaxtından əvvəl istefa verəcəyi halda, Simonyanın prezident vəzifəsinə namizəd kimi nəzərdən keçirildiyi barədə danışılsa da, artıq bu məsələ də müzakirə olunmur:
“Baş nazir Nikol Paşinyan Alen Simonyandan məyusdur və bunun səbəbi qismən onun şəxsi həyatı ilə bağlıdır. Bundan başqa, baş nazirin yeni favoritləri var”.