Ermənistanın xəyalları "suya düşdü": ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq
12:33 03.03.2025
Cənubi Qafqaz
572
ABŞ-ın gömrük və sərhəd nəzarəti üzrə mütəxəssislərinin hələ də Ermənistana gəlməməsi Ağ Evdəki administrasiya dəyişikliyi ilə bağlıdır.
Bunu Ermənistan XİN baş nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında deyib.
Ovannisyan əldə olunmuş razılaşmaların qüvvədə qaldığını və onların ləğv edilmədiyini vurğulayıb.
Bununla belə, mütəxəssislərin gəlişi ilə bağlı müddətlərin Ağ Evdə yeni komandanın formalaşması ilə əlaqəli olduğunu nəzərə almaq lazım gəldiyini qeyd edib.
O, həmçinin Ermənistanın qonşu İranla da bu məsələni razılaşdırdığını bildirib.
Bildirək ki, ABŞ-dan gömrük və sərhəd nəzarəti üzrə ekspertlərin Ermənistana məsləhət yardımı göstərmək üçün səfər edəcəyini 14 yanvar tarixində sabiq dövlət katibi Entoni Blinken elan etmişdi. Bu, İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalaması çərçivəsində baş vermişdi. Mütəxəssislərin bir həftə ərzində gələcəyi gözlənilirdi.
Politoloq Sahil Kərimli "Sherg.az"a deyib ki, bu gün Ermənistan siyasi rəhbərliyi ABŞ-dan çox böyük dividentlər gözləyir:
"Rəsmi İrəvan hesab edir ki, Bayden hakimiyyətinin son saatlarında imzaladıqları strateji tərəfdaşlıqla bağlı müqavilə tezliklə Ermənistanın xeyrinə işləyəcək və ABŞ-nin böyük dəstəyini hiss edəcək. Əslində Ermənistan siyasi rəhbərliyi yanılır. Həmçinin onlar bilərəkdən bu cür yanlış gözləntilər edirlər. Çünki Tramp administrasiyası artıq dünyanın bir çox bölgələrində baş vermiş və Bayden hakimiyyəti dövründə yaradılaraq qızışdırılmış münaqişələrin aradan qaldırılması, müharibələrin dayandırılması istiqamətində çox ciddi addımlar atır. Bu fonda ABŞ Cənubi Qafqazda da qarşıdakı illərdə Azərbaycan-Ermənistan arasında münaqişənin həlli istiqamətində öz müsbət töhfələrini vermiş olacaq. Ümumiyyətlə Vaşinqton vəziyyətin gərginləşdirilməsinə yox, daha çox qaydaya salınması, problemlərin həlli, Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsinə dəstək istiqamətində addımlar atacaq. Eyni zamanda rəsmi İrəvan yaxşı bilir ki, əldə olunmuş razılığa əsasən ABŞ hərbçilərinin Ermənistana gətirilməsi ləngidilir. Bu isə Ermənistan rəhbərliyində ciddi narahatlıqlar yaradır".
Politoloq əlavə edib ki, bölgəyə ABŞ hərbiçilərinin gətirilməsi Ermənistan ərazisində olsa da, bu Azərbaycanın hərbi və siyasi maraqlarına zidd olan addımdır:
"Vaşinqton özü də bunu başa düşür. İnanmıram ki, ABŞ Cənubi Qafqazda əsas tərəfdaşı kimi gördüyü Azərbaycanın maraqlarına xələl gətirəcək addım atsın. Həmçinin bu proseslər zamanı Azərbaycanın da siyasi istəklərinin nəzərə alınması istiqamətində birmənalı siyasət həyata keçirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
İrəvanda Türkiyə bayrağı yandırılıb - Paşinyandan reaksiya
22:59 23.04.2026
Cənubi Qafqaz
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm