Paşinyan Simonyanı yola salır - Yeni parlament sədri qadın olacaq
Yusif Nəzərli
05:55 22.10.2025
Cənubi Qafqaz
368
Ermənistan parlamentinin sədri Alen Simonyanı onun müavini Ruben Rubinyan əvəzləyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Ermənistan nəşri yazıb ki, Rubinyanın son günlər həddindən artıq fəallığı da hakim komanda daxilində qızğın müzakirələrə səbəb olub:
“Vitse-spiker tez-tez meydanda ən müxatəlif mövzulara dair şərhləri ilə görünməyə başlayıb. Deyilənə görə, bu fəallığın bir məqsədi var: gələcək parlamentdə spiker vəzifəsini tutmaq.
Üstəlik, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinə son seçkilərdə Alen Simonyan aldığı səslərə görə Ruben Rubinyandan geri qalıb. Hakim partiyanın üzvləri hesab edirlər ki, Alen Simonyan artıq bu vəzifəyə iddia edə bilməz.
Spiker kürsüsünə başqa gözlər də baxır, məsələn, Hayk Koncoryan və Lilit Makunts. Məlumata görə, Baş nazir Nikol Paşinyan bu yüksək vəzifəyə də qadın təyin etmək istəyir. O, qadınların xidmətləri və fədakarlığından razıdır”.
Nəşr bu baxımdan ABŞ-dəki keçmiş səfir Lilit Makuntsun şansının öz rəqiblərindən daha çox olduğunu iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə