Rusiyadan Gürcüstana ağır şərt: Zaxarova açıqladı
10:45 08.08.2025
Cənubi Qafqaz
400
“Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında birbaşa dialoq Tbilisinin Sxinvaliyə təcavüzü faktını tanıması fonunda irəliləyə bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinə hərbi müdaxiləsinin ildönümü barədə danışarkən deyib.
“Gürcüstan hakimiyyətinin keçmiş prezident Mixeil Saakaşvilinin Cənubi Osetiyaya qarşı son bir ildə təcavüz faktını ictimaiyyət tərəfindən tanınması, o cümlədən abxazlar və osetinlərlə barışığın zəruriliyi ilə bağlı bəyanatları fonunda Cenevrə razılaşmaları çərçivəsində danışıqlarda irəliləyiş ehtimalı var. Gürcüstan rəhbərliyinin bu açıqlamalarının Tbilisinin Suxumi və Sxinvali ilə münasibətlərin qurulmasına yanaşmalarında həlledici rol oynaması, həmçinin konkret praktiki addımlara çevrilməsi vacibdir”, - diplomat bildirib.
Zaxarova əlavə edib ki, danışıqlar prosesinin prioritet məsələlərindən biri Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməməsinə dair hüquqi qüvvəyə malik sazişin bağlanması olaraq qalır:
Bu, 2008-ci ilin avqustunda baş vermiş faciəli hadisələrin təkrarlanmayacağına etibarlı təminat olmaqla yanaşı, həm də Tbilisi-Suxumi-Sxinvali üçbucağının nizamlanması üçün başlanğıc nöqtəsi olacaq. Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya sərhədlərinin delimitasiyası, sonradan demarkasiyası ilə üç dövlətin sərhədyanı rayonlarında vəziyyətin sabitləşməsinə şərait yaradacaq. Rusiya bu proseslərə hər cür dəstək verməyə hazırdır”.
Xatırladaq ki, Abxaziya və Cənubi Osetiya 1990-cı illərdə bölgələrdəki separatçıların birtərəfli qaydada “müstəqilliklərini” elan etməsindən sonra Rusiya tərəfindən işğal edilmiş Gürcüstan əraziləridir. 2008-ci ilin avqustunda bölgələrə yenidən müdaxilə edən Rusiya buradakı qondarma rejimləri “müstəqil dövlət” kimi tanıyıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm