Böyük Britaniya İqlim və Təmiz Hava koalisiyasının bir hissəsi olaraq ənənəvi yanacaq sektorundan emissiyaların tənzimlənməsi proqramına 5 milyon funt sterlinq ayırıb.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi üzrə dövlət katibi Ed Milibend metan və qeyri-karbon istixana qazlarına həsr olunmuş COP29 Sammitində çıxışı zamanı deyib.
"Böyük Britaniya metan emissiyalarını azaltmaqla öz ölkəsində nümunə göstərməyə sadiqdir. Biz həmçinin metan emissiyaları ilə bağlı məlumatları təkmilləşdirməli və digər ölkələrə metan emissiyalarını azaltmaq səylərində dəstək verməliyik. Buna görə də biz 5 milyon funt-sterlinq maliyyə dəstəyi elan etməkdən məmnunuq. İqlim və Təmiz Hava koalisiyasının bir hissəsi kimi fosil sektoru emissiyalarına nəzarət proqramı yanacaq”, - Ed Milibend əlavə edib.