COP29 əlehdarlarını yalnız çirkin siyasi oyunlar maraqlandırır -ŞƏRH

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-un Bakıda keçirilməsi böyük tarixi hadisədir".

"Sherg.az"-ın xəbərinə görə, bunu keçmiş millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. 

Ekspert bildirib ki, prosesi maraqla izləyir: 

"Təşkilatçılıq işləri yüksək səviyyədədir. Bütün tədbirlərin kökündə mədəniyyət durur. Azərbaycanın necə mədəni ölkə olması qonaqlarda yüksək təəsurat yaradacaq. Yaşadığımız indiki dünyanın kövrək vəziyyəti bütün dövlətləri düşündürən məsələdir. Dövlət başçılarının qarşısında qlobal məsələlər durur-iqlim dəyişikliklərinin fəsadlarını aradan qaldırmaq. Düşünürəm ki, COP29  dünyanın əksər dövlətlərinin başçıları, iqlim üzrə ekspertlər, alimlər üçün ümumbəşəri problemlər üzərində düşünmək üçün yeni fürsətdir. Ətraf mühitə zərbə vurmağa qarşı olan rasional ictimai sistemlər yaradılır. Torpaqlarımızda ekosid kimi beynəlxalq cinayət törətmiş Ermənistatının iştirak etməməsi başa düşüləndir. Onlar 30 il torpaqlarımıza mina əkiblər. Əkin-biçin yerlərini yandırıblar. Ermənilərə züy tutan COP əlehdarlarını isə yalnız çirkin siyasi oyunlar maraqlandırır. Onlar radioaktiv tullantılardır. 
Şeksprin Hamletinin monoloqundakı "Olum, ya ölüm!" ifadəsi təbiət və insan münasibətlərinə də müncər olunub".