COP-da məsuliyyət təkcə ev sahibi ölkənin deyil, qlobal liderlərin birgə məsuliyyətidir.
Bunu APA-ya açıqlamasında Nobel Sülh Mükafatı Laureatı Aleksey Kokorin bildirib.
"Hər COP üç komponentdən ibarətdir. Rəsmi qərarların qəbulu onlardan yalnız biridir. Hər COP-un bir dəyişməz qaydası var: bütün tərəflər hər şeyə qərar verməzdən əvvəl nəticə əldə etmək olmur", - o bildirib.
"İkincisi, nazirlərin və yüksək vəzifəli şəxslərin görüşləridir. Bu şəxslər konkret maliyyə rəqəmlərindən danışırlar. Üçüncüsü, şirkətlər, təşkilatlar, maliyyə institutları, QHT-lərdir. Sadalanan qurumlar yeni tərəfdaşlıqlar qurur, insanlar arasında əlaqələr yaradırlar", - o vurğulayıb.