COP29-da “İqlim və biomüxtəliflik arasında əlaqə” mövzusunda tədbir keçirilib
Yusif Nəzərli
07:32 21.11.2024
COP29
469
COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda tədbir keçirilib.
APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin (ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (Ramsar Konvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak edib.
Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub.
Tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
15:13 02.06.2026
Cəmiyyət
Əfşar Sülrymani: Pezeşkian geri çəkilmək niyyətində də deyil
15:05 02.06.2026
Region
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
14:36 02.06.2026
Rəsmi
Əgər birləşmə olarsa, bu ölkə məhv ediləcək - Moskvadan xəbərdarlıq
14:14 02.06.2026
Dünya
“Qarabağ”ın yay hazırlıq planı bəlli olub
14:00 02.06.2026
Futbol