Günay Ağamalı: İlham Əliyevin kiçik ada dövlətlərinə dəstəyi mühüm əhəmiyyət kəsb edir
08:33 15.11.2024
COP29
722
"Cənab Prezident İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinə dəstək nümayiş etdirməsi iqlim dəyişikliyi və onun mənfi təsirləri kontekstində mühüm əhəmiyyət kəsb edir".
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Xanım deputat deyib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ekstremal hava şəraiti, dünya okeanın səviyyəsinin artması və digər ekoloji böhranlardan nisbətən daha çox əziyyət çəkirlər:
“Dövlət başçımız bu məsələyə diqqət yetirməklə həm beynəlxalq platformada danışıqları stimullaşdırdı, həm də kiçik ada dövlətlərinə özlərini ifadə etmək aspektində geniş fürsət yaratdı. Bu, Azərbaycanın iqlim ədalətinin bərqərar olunmasına olan öhdəliyinin nümayişi idi. Cənab Prezidentin də qeyd etdiyi kimi ölkəmiz, COP29-a qədər kiçik ada dövlətlərinə istər siyasi, istərsə də humanitar sahələrdə kifayət qədər geniş dəstək nümayiş etdirib. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində ada ölkələrinin kolonializm siyasətindən əziyyət çəkməsi dəfələrlə müzakirə olunmuş, onların tapdalanmış hüquqları müdafiə edilmişdir. Təbii ki, söhbət müstəmləkə yanaşmalarından gedirsə Fransa prosesin aktiv iştirakçısı kimi ilk sırada yerləşir. Rəsmi Paris bu gündə Poleneziya, Kaledoniya və digər zəbt etdiyi torpaqların təbii ehtiyatlarını mənimsəməklə yanaşı təhlükləli nüvə sınaqlarını məhz bu bölgərəldə həyata keçirir. Bu isə, öz növbəsində ekoloji çirklənməni artırır, iqlim böhranını dərinləşdirir. Azərbaycan Fransa kimi ölkələrin əksinə olaraq kiçik ada dövlətlərinin davamlı inkişafının dəstəklənməsinə, onların iqlim dəyişikliklərinə qarşı dayanma qabiliyyətinin artırılmasına və ekosistemlərinin qorunması üçün zəruri olan beynəlxalq resursların istifadəsinə yönəlmiş çağırışlar edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm