"Interpol"un prezidenti: "Ekoloji cinayətlərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq vacibdir"
Yusif Nəzərli
12:07 16.11.2024
COP29
586
"Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq".
Oxu.Az xəbər verir ki, bu barədə "İnterpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Rəisi COP29 çərçivəsində "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.
"Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir", - deyə Əl-Rəisi bildirib.
"İnterpol"un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır:
"Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır".
Əl-Rəisi həmçinin vurğulayıb ki, "İnterpol" qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.
"İnterpol"un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır:
"Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rezayi: Amerikaya elə bir cəhənnəm yaşadacağıq ki, sarsılacaq
17:01 02.09.2026
Dünya
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
16:47 02.09.2026
Gündəm
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub
16:40 02.09.2026
İnfrastruktur
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm