Siz peşəkar işlə məşğul deyilsiniz - Hacıyev
11:02 12.11.2024
COP29
377
Bildiyimiz kimi, COP29 tədbiri iqlim dəyişikliyinə həsr olunub. Lakin BBC-nin hazırladığı reportajın mahiyyətini anlamaq olmur.
"Sherg.az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 tədbiri zamanı sualları cavablandırarkən deyib.
O, adıçəkilən kanalın mövzudankənar reportaj hazırladığını qeyd edib:
“Məsələn, dünən tamamilə mövzuya aid olmayan şəkildə ketrinq haqqında bir reportaj hazırlanıb. Bunun mahiyyətinə varmaq lazımdır. Bu ərazi eksteritorial status daşıyır və BMT qaydaları tətbiq olunur, beynəlxalq tədbirdir. Burada qiymətlər Azərbaycan bazarı üçün nəzərdə tutulmayıb. Çünki bu, beynəlxalq tədbirdir. Amma məsələni belə bir formada təqdim etmənizi (BBC nəzərdə tutulur – red.) peşəkar hesab etmirəm.
İkincisi isə bu, iqlim mövzusudur, Azərbaycan da ev sahibidir. Burada iqlim məsələləri müzakirə olunduğu halda “BBC Azərbaycan” və “BBC dünya” xidmətinə tövsiyə edərdim ki, peşəkər işlə məşğul olsunlar. Eləcə də beynəlxalq ictimaiyyətin, dünyanın üzləşdiyi problemlərə daha çox diqqət artırsınlar. Siz isə mövzunu tamamilə başqa istiqamətə yönəldirsiniz. Siz insanların şikayəti əsasında yox, ümumiləşdirilmiş formada danışırsınız. Bundan öncəki COP tədbirlərində iştirak etsəniz, qiymətləri müqayisə edərdiniz. Bu daha peşəkar və düzgün olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə