“Əl-Qaidə”nin qurucusu Usamə bin Laden 11 sentyabr hücumlarından sonra təxminən 10 il ABŞ kəşfiyyatından gizlənib.
Sherg.az xəbər verir ki, onun Pakistanda, Abbottabad şəhərində - Pakistan hərbi akademiyasından cəmi 1 kilometr aralıda yaşadığı məlum olub. Xüsusi olaraq tikilən, hündür divarlarla əhatələnmiş evdə kənar şəxslərin, hətta uşaqların belə içəri girməsinə icazə verilməyib. Bin Laden 2011-ci il mayın 2-nə keçən gecə ABŞ xüsusi təyinatlılarının keçirdiyi “Neptunun nizəsi” əməliyyatı zamanı öldürülüb.
ABŞ Prezidenti Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Hillari Klinton Bin Ladenin öldürüldüyü əməliyyatı izləyir.