ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen Pxenyan nümayəndələri ilə liderlərin görüşünü təşkil etmək üçün gizli danışıqlar aparıb.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi informasiya yayıb.
Məlumata görə, Biqen iyunun 29-da Ağ Evin Təhlükəsizlik Şurası yanında Şimali Koreya üzrə müşavir Ellison Hukerlə birlikdə görüşün protokolunu müəyyən etmək üçün helikopterlə sərhəd bölgəsinə yollanıb. Burada görüşün vaxtı və protokolu müəyyənləşdirilib.